Praqa Moskva ilə diplomatik münasibətləri kəsməkdən imtina edir. Elchi.az xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala bildirib.
“Çexiyanın Rusiya ilə minimal diplomatik əlaqələri var. Düşünmürəm ki, biz onları tamamilə dayandırmamalıyıq”, – deyə o bildirib.
Siyasətçinin sözlərinə görə, Praqa hadisələrin bu cür inkişafı barədə düşünə bilər, lakin Çexiya diplomatik münasibətləri dayandırmağın mənasını görmür. “Bəzi əlaqələr həmişə işləməlidir. Rusiyada çoxlu Çexiya vətəndaşı var”, – deyə Fiala xatırladıb.
Bundan əvvəl Çexiya xarici işlər nazirinin müavini Martin Dvorak Baltikyanı ölkələrdən nümunə götürərək Rusiya səfirinin respublikadan mümkün qovulmasından danışıb. Siyasətçi belə bir addımı ağır silah adlandıraraq, onun üçün vaxtın hələ çatmadığını vurğulayıb.
Havar Şəfiyeva