Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz içkilərdən biri də çaydır. Lakin mütəxəssislər qeyd ediblər ki, qaynar çay içmək ciddi xəstəliklərə yol aça bilər. Araşdırma nəticəsində məlum olub ki, hər gün siqaret çəkən və spirtli içki qəbul edənlər isti çay içməməlidir.
Elchi.az “Haberler.com”a istinadən bildirir ki, çayla bağlı sözügedən mühüm araşdırma “Annals of Internal Medicine” tibb jurnalında dərc olunub.
Jurnalda qeyd edilib ki, spirtli içki və siqaret çəkən şəxslərin isti çay içməsi onlarda qida borusu xərçəngi riskini 5 dəfə artırır.
Dünyada ən çox yayılan xərçəng növü
Qida borusu xərçəngi dünyada ən çox rast gəlinən xərçəng növüdür. Ölümcül xəstəlik kimi tanınan qida borusu xərçəngi hər il təxminən 400.000 insanın ölümünə səbəb olur.
Şayəstə