Cənubi Koreya Şimali Koreyanın qısa mənzilli ballistik raket buraxdığını açıqlayıb

76

Cənubi Koreya ordusu Şimali Koreyanın dənizə doğru atdığı qısa mənzilli ballistik raketi aşkarladığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamaya görə, ölkənin şərq sahilləri yaxınlığında sulara düşən ballistik raket Şimali Koreyanın Nampo şəhərindən buraxılıb.
Açıqlamada qısa mənzilli olduğu bildirilən raketin mənzili ilə bağlı məlumat paylaşılmayıb.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq ötən gün verdiyi açıqlamada ABŞ-ın ölkəsinin raket sınaqlarına mane olmasının müharibə elanı kimi qiymətləndiriləcəyini bildirib.

Şayəstə