"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Bu soyqırımı törədən 18 erməni beynəlxalq axtarışdadır – Rəsmi

24 Mart 2023 - 11:27
in GÜNDƏM
FacebookVatsap

Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışdadır.
Elchi.az xəbər verr ki, bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 2003-cü il dekabrın 18-də Baş Prokurorun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb: “2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik öz təşəbbüsü ilə Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, Hərbi Prokurorluğa tapşırılıb. Cinayət işi Respublika Hərbi Prokurorluğunda icraata götürüldükdən sonra yeni istintaq-əməliyyat planı tərtib olunub, işin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəllənin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb”.
Bildirilib ki, cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, araşdırılmalı olan xüsusatların çoxluğu, eyni zamanda, cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq, araşdırmanın səmərəliliyini və operativliyini təmin etmək məqsədilə iş üzrə 5 əsas istiqamət – Azərbaycan xalqına qarşı soyqırımı; əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə; terror; dövlətə və vətəndaşlara vurulmuş ziyan; müasir dövrdə milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlər müəyyənləşdirilib.
Hərbi prokurorun böyük köməkçisi qeyd edib ki, həmin istiqamətlər üzrə cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyənləşdirilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilib.
“İstintaq materialları ilə Bağanis-Ayrım soyqırımı epizodu üzrə sübuta yetirilib ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyən edilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların evlərinə, idarə müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara qarşı digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edərək müxtəlif istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələrlə kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla əhalini, yəni dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub”, – F.Əliyev vurğulayıb.
O əlavə edib ki, nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla qətlə yetirilib, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar.
Məlumat verilib ki, cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslərin barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Bağanis-Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini – Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün Qazaxın yeddi kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır. 1990-cı ilin martında Bağanis-Ayrımda törədilən qətliam erməni silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda daha geniş miqyasda təkrarlandı.
Xatırladaq ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasətin sayəsində artıq dünya əhalisinin böyük hissəsi tarix boyu xalqımızın başına gətirilən müsibətlər, o cümlədən soyqırımılar, deportasiyalar, terrorlar, repressiyalar və sair barədə səhih və ətraflı məlumatlara malikdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə önəmli işlər görülüb. Soyqırımı həqiqətlərinə dair tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni milli maraqlarımıza uyğun münasibət bildirilməsi, bununla əlaqədar respublikamızda və ölkəmizdən kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, o cümlədən bu sahədəki misilsiz fəaliyyətinin təcəssümüdür. Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Həmçinin Ermənistan silahlı qüvvələrinin Bağanis-Ayrım kəndində törətdiyi soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə bu faciədə həlak olmuş şəxslərin xatirəsi əbədiləşdirilib, abidə kompleksi ucaldılıb.

Bunu da oxuyun

Bakıda AQEM Media Forumu keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

Previous Post

Bu soyqırımı törədən 18 erməni beynəlxalq axtarışdadır – Rəsmi

Next Post

Ermənistan bölgədə vəziyyəti qəsdən gərginləşdirir – XİN

Bənzər yazılar

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30 Sentyabr 2026 - 09:34

Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat...

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard ABŞ dollarından çox həcmdə investisiyanın cəlb...

Next Post
Rəsmi Bakıdan Paşinyana sərt cavab

Ermənistan bölgədə vəziyyəti qəsdən gərginləşdirir - XİN

Rəsmi Bakıdan Paşinyana sərt cavab

Ermənistan bölgədə vəziyyəti qəsdən gərginləşdirir - XİN

Son xəbərlər

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.