"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Bu qanun Azərbaycanın uduşudur

02 May 2016 - 09:35
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap
ABŞ Kremlə qarşı anti-işğal qanunu hazırlayır – Azərbaycan uduşda
ABŞ Kremlə qarşı anti-işğal qanunu hazırlayır - Azərbaycan uduşda

Vaşinqtondan “Yaxın xaric”də Rusiyanı zəiflədəcək plan; Konqresdə qeydiyyatdan keçən sənəd Krım və digər ərazilərin işğalını qanunsuz elan edir, Moskvaya qarşı sanksiyaları gücləndirməyi nəzərdə tutur; sanksiyalardan forpost Ermənistana da pay düşəcək, çünki…

Bunu da oxuyun

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Qarabağ konfliktinin həllində Rusiyanın fəallıq göstərməsi ABŞ-ın passivliyi və guya onun Moskva ilə gizli anlaşması haqda rəy formalaşdırıb. Lakin bir çox müşahidəçilərə görə, bu, ilk baxışda belədir. Hesab edilir ki, Qərb, ABŞ  hələlik gözləmə mövqeyindədir və Rusiyanın sülh təşəbbüsü nəticə versə, o zaman lazımi məqamda müdaxilə edəcək. Əslində isə istər Dağlıq Qarabağ problemi olsun, istərsə də Ukrayna, Suriya kimi digər böhranlı məsələlər, bu iki güc mərkəzi bir-birinə gizli-açıq rəqabətdədir.    
Bu da təzə fakt: ABŞ Konqresində Rusiya əleyhinə “Akt STAND” adlı yeni qanun layihəsi qeydiyyatdan keçib. “Amerikanın səsi” radiosunun Ukrayna bölümünün məlumatına görə, sənəd Rusiya tərəfindən Krımın qanunsuz ilhaqı, bütövlükdə postsovet məkanında Rusiya işğalları və Kremlə qarşı sanksiyaların gücləndirilməsi, habelə Ukraynaya əlavə iqtisadi-maliyyə və innovativ kömək barədədir. 
Qanun layihəsinin müəllifləri hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü sonuncunun suverenliyini sarsıdıb, eyni zamanda ABŞ-ın bütöv, azad və dinc Avropaya uzunmüddətli sərmayələrinə təhlükə yaradıb. “Krımın ilhaqı – qanunsuzdur. Bu məsələdə Amerika siyasəti ifrat dərəcədə dəqiq olmalıdır, necə ki, Sovet İttifaqının üç Baltikyanı ölkənin çoxillik ilhaqı zamanı belə bir mövqe tutmuşdu. Biz aydın işarə verməliyik ki, ABŞ Putinin öz qonşularını qorxutmasına, NATO-nun vahidliyini sınaqdan çıxarmasına və Qərb ölkələrinin birliyini sarsıtmaq səylərinə seyrçi qalmayacaq” – qanun müəlliflərindən olan konqresmen Eliot Engel bildirib.
 
Sənəd müəlliflərindən digəri – konqresmen Adam Kinzinqer isə deyib: “Vaxtı çatıb ki, ABŞ təsdiq eləsin ki, biz Rusiya təcavüzünə loyal qalmayacaq, Krımın Rusiya tərəfindən ilhaqını heç vaxt qəbul etməyəcəyik”.
 
Qeyd edək ki, “Akt STAND” Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini ehtiva edir və Moskvanın Krım üzərində hakimiyyətinin hər hansı formada tanınmasını rədd edir. Bundan əlavə, Ukraynanın özünümüdafiə hüququnu müəyyən edir və sanksiyaların yumşaldılmasını Minsk anlaşmasının vaxtında və tam yerinə yetirilməsi ilə əlaqələndirir. Xüsusi vurğulanır ki, yalnız Krım Ukraynanın tərkibinə qaytarıldıqdan sonra sanksiyalar tam aradan qaldırıla bilər.
Qanun həmçinin, Moskva Ukraynada ilhaqa son qoymayanadək  NATO-ya üzv ölkələr tərəfindən Rusiyaya Amerika texnologiyaları və komponentləri olan hərbi təyinatlı predmet və xidmətlərin ötürülməsinə qadağa qoyur, “Maqnitski qanunu”nun təsirini Rusiyanın işğal elədiyi və ya nəzarətdə saxladığı Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə kimi ərazilərə yaymağı nəzərə tutur. Bundan başqa, Ukraynaya əlavə maliyyə-investisiya köməyi üçün yollar təklif edir, Dövlət Departamentinə isə tapşırır ki, Rusiyanın dezinformasiya səylərinə və təbliğatına qarşı strategiya işləyib həyata keçirsin.
***
Sözügedən sənəd şübhə yox ki, Azərbaycanın da ciddi faydasınadır. Çünki Azərbaycan da postsovet ölkəsi və Ukrayna kimi işğaldan əziyyət çəkir, onunla oxşar taleyi yaşayır. Bizim də ərazi bütövlüyümüz illərdir Rusiyanın forpostu Ermənistan tərəfindən pozulub, torpaqlarımızın 20%-i işğal altındadır – hansı işğala ki, dünya, o cümlədən ABŞ apreldəki 4 günlük savaş zamanı bir daha əminlik hasil elədi.
Məsələ də ondadır ki, keçmiş SSRİ məkanında hazırda iki işğalçı dövlət mövcuddur –  Rusiya və Ermənistan və onlar bir-biri ilə üstəlik, müttəfiqdirlər. Belədirsə, onlardan birinin zəifləməsi məntiqi olaraq, digərinin də zəifləməsinə gətirməlidir. Odur ki, yeni anti-işğal sənədinin birbaşa və dolaysıyla Azərbaycana, onun ərazi bütövlüyünə də dəxli var.
 
Bu qanun ölkəmizin də ərazi bütövlüyü məsələsinin ABŞ üçün önəmini artırmış olacaq, onu diqqət mərkəzinə gətirəcək. Hər necə olmasa, postsovet ölkələrinə, işğal məsələsində yanaşmada ABŞ ikili yanaşmadan çıxış edə bilməz. 
***
Doğrudur, qanun layihəsində bilavasitə Azərbaycanın və Dağlıq Qarabağın adı çəkilmir, çünki orada ilk növbədə Rusiyanın ilhaq elədiyi Krımdan, Abxaziya və Cənubi Osetiyadan, Dnestryanı bölgədən danışılır – hansı regionlar ki, birbaşa Rusiyanın işğalına məruz qalıb. Amma amerikanlar bilməmiş deyillər ki, Azərbaycan əraziləri də məhz Rusiyanın köməyi ilə işğal olunub. Başqa yandan, “Putin öz qonşularını qorxudur” ifadəsi yüzdə yüz Qərbin, ABŞ-ın bölgədəki əsas enerji tərəfdaşı Azərbaycan sarıdan da narahatlığın ifadəsidir.
Qanunun Azərbaycan üçün önəmi həmçinin, ondadır ki, sənəd işğalçı Ermənistanın əsas müttəfiqi Rusiyanı bir az da zəiflədəcək, onun iqtisadi çöküşünü sürətləndirmiş olacaq. İqtisad-maliyyə durumu ağır olan Rusiya isə Ermənistana əvvəlki kimi nə maliyyə-iqtisadi dəstəyi göstərmək imkanında olacaq, nə də əvvəlki illərdəki kimi, ona ucuz qiymətə və ya havayı silah sata biləcək.
Moskva hələ heç ötən il İrəvana vəd elədiyi 200 milyon dollarlıq krediti verə bilmir ki, sonuncu elə həmin məbləğə  Rusiyanın özündən silah-sursat ala bilsin. Bundan ötrü Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan 4 günlük müharibədən dərhal sonra bir neçə günlük fasilə ilə şəxsən Moskvada olsalar da, nəticə yoxdur. 
 
Yeni sanksiyalar isə şübhəsiz ki, Rusiyanın iqtisadi-maliyyə göstəricilərini bir az da ağırlaşdıracaq. Bu isə avtomatik şəkildə Moskvanın gözündə Azərbaycan kimi etibarlı və sərfəli silah alıcılarının önəmini qaldırmış olacaq. Paralel surətdə Ermənistanın önəmi azalacaq. Onsuz da 4 günlük savaşdan sonra Rusiya-Ermənistan münasibətlərində müəyyən soyuqluq yaranıb. Demək, İrəvan-Moskva münasibətlərində yaranmış çat daha da dərinləşəcək ki, bu da sözsüz ki, Bakının maraqlarına uyğundur.
Birincisi, ona görə ki, o halda ərazilərimizin güc yolu ilə azad edilməsi üçün daha məqbul şərtlər yetişə bilər. Konqresdə qəbulu gözlənilən anti-işğal sənədi bu yöndə bizə əlavə stimul yaradır. İkincisi, zəifləmiş Rusiya Qarabağ nizamlanmasını özünün monopoliyasına ala, Azərbaycana istədiyi sülh modelini sırıya bilməyəcək – bir şərtlə ki, rəsmi Bakı da yeni şərait və şərtlərdən bacarıqla istifadə eləsin.    
Previous Post

Bu qanun Azərbaycanın uduşudur

Next Post

Problemli kreditlər yenidən gündəmdə – “buz tərpənib”, ancaq…

Bənzər yazılar

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

27 Oktyabr 2026 - 10:06

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti...

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev Azərbaycan-Niderland,...

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

26 Oktyabr 2026 - 17:38

ABŞ Prezidenti Donald Tramp Somalinin "bəlkə də dünyada ən pis ölkə" olduğunu bildirərək, orada insanların öldürüldüyünü, gəmilərin ələ keçirildiyini və...

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Qüdrət bəy,...

Next Post

Problemli kreditlər yenidən gündəmdə - “buz tərpənib”, ancaq...

Problemli kreditlər yenidən gündəmdə - “buz tərpənib”, ancaq...

Son xəbərlər

Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib

27 Oktyabr 2026 - 16:29
ADY yeni rayonlararası sərnişin qatarları alır: Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək

ADY yeni rayonlararası sərnişin qatarları alır: Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək

27 Oktyabr 2026 - 16:22
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

27 Oktyabr 2026 - 16:14
BMT Baş katibinin müavini: Vaxtilə Qarabağda gördüklərim məni dəhşətə gətirdi

BMT Baş katibinin müavini: Vaxtilə Qarabağda gördüklərim məni dəhşətə gətirdi

27 Oktyabr 2026 - 16:06
İtaliya Ukraynaya göstərdiyi yardıma görə problemlə üzləşib

İtaliya Ukraynaya göstərdiyi yardıma görə problemlə üzləşib

27 Oktyabr 2026 - 16:00
“Xameneinin səhhəti qaydasındadır” – Qalibaf

“Xameneinin səhhəti qaydasındadır” – Qalibaf

27 Oktyabr 2026 - 15:53
Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44
FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

27 Oktyabr 2026 - 15:34
Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

27 Oktyabr 2026 - 15:30
TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

27 Oktyabr 2026 - 15:16
Sabah 7 kənddə qaz olmayacaq

Sabah 7 kənddə qaz olmayacaq

27 Oktyabr 2026 - 15:08
Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01
“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

27 Oktyabr 2026 - 15:00
Hava şəraiti ulduz müşahidələrinə mane olub

Hava şəraiti ulduz müşahidələrinə mane olub

27 Oktyabr 2026 - 14:52
Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

27 Oktyabr 2026 - 14:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.