“İranın Ali Rəhbəri Müctəba Xameneinin səhhəti tam qaydasındadır”.
Elchi.az xəbər verir ki, bu barədə onunla bu yaxınlarda görüşən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məlumat verib.
Oktyabrın 21-də İranın Ali Rəhbəri Müctəba Xameneinin ofisi bildirib ki, o, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşərək İslam Respublikasının ABŞ və İsraillə münaqişəsini müzakirə edib.
Qalibafın öz “Telegram” kanalında paylaşdığı açıqlamaya görə, o, görüşlə bağlı deyib: “Ali Rəhbərin səhhəti tam qaydasındadır”.
May ayında İran Ali Rəhbərinin ofisi nəzdindəki protokol şöbəsinin rəhbəri Məzahir Hüseyni, Müctəba Xameneinin sağalmaqda olduğunu bildirdi; o, kürək və diz nahiyəsindən xəsarət almış, həmçinin qulağının arxasında kəsik xəsarəti yaranmışdı.
Bundan qısa müddət sonra İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur qeyd etdi ki, alınan xəsarətlər Ali Rəhbərin oğlunun xarici görünüşündə heç bir eybəcərlik yaratmayıb.
Yeganə




















