Britaniya Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

🗓 18.06.2025 12:17 ✍️ "Elçi" qəzeti
Britaniya Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

Britaniyanın müdafiə naziri Con Healey Kral Hərbi Hava Qüvvələrinə aid əlavə təyyarələri Yaxın Şərqə yerləşdirdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Britaniyanın müdafiə naziri Con Healey Kral Birləşmiş Xidmətlər İnstitutunda (RUSI) keçirilən konfransda gündəmlə bağlı açıqlama verib. Healey, "İrandan gələn hər hansı bir təhlükədən" daha yaxşı qorunmaq üçün Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə (RAF) əlavə təyyarələr yerləşdirdiklərini açıqladı.
İngilis döyüş təyyarələrinin Yaxın Şərqə çatmağa başladığını bildirən Healey, önümüzdəki günlərdə daha çox təyyarənin göndəriləcəyini qeyd edib. Healey bildirib ki, təyyarələr “heyəti qorumaq, tərəfdaşları sakitləşdirmək və gərginliyin azaldılması üçün təcili ehtiyacı gücləndirmək” üçün operativ cavab olaraq göndərilib.

Şayəstə Hüseynova

Bənzər yazılar