Elchi.az xəbər verir ki, Böyük Britaniyanın Ali Məhkəməsi hökumətin Ruandaya qeyri-qanuni miqrant göndərmək planının “qanuni” olduğuna qərar verib.
Hakim Clive Lewis, hökumətin qeyri-qanuni miqrantları və sığınacaq axtaranları Ruandaya göndərmək və bu ölkədə sığınacaq tələblərinin həll edilməsi üçün tədbirlər görmək planının “qanuni” olduğunu söylədi.
Planın Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar Konvensiyasına və insan haqları qanunlarına zidd olmadığını vurğulayan Hakim Lyuis Ruandaya göndərilməsi planlaşdırılan 8 sığınacaq axtaran şəxsin vəziyyətinin Daxili İşlər Nazirliyi tərəfindən “yenidən qiymətləndirilməsi” lazım olduğunu bildirib.
Hakim Lyuis bildirib ki, məhkəmənin hökmündən apellyasiya şikayətinin təmin edilib-edilməməsi ilə bağlı qərar 16 yanvar 2023-cü il tarixinə təxirə salınıb.
Beləliklə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Ruandaya mühacir göndərmək siyasətinə qarşı iddianı qazandı.
Şayəstə