Elon Mask, Twitter sosial media platformasının sahibi və baş direktoru, “Twitter-in icraçı direktoru vəzifəsindən istefa verməliyəmmi?” sualı ilə sorğuya başlayıb. Rəyi soruşulanların 57 faizi Maskın istefasına səs verib.
Elchi.az xəbər verir ki, bu bartədə “Twitter”in sahibi İlon Mask sosial media platformasının idarəçiliyindən çəkilib-çəkilməməsi ilə bağlı qərarını Twitter istifadəçilərinin öhdəsinə buraxıb.
Mask Twitter-də şirkətin sədri vəzifəsindən istefa verib-verməyəcəyi ilə bağlı sorğu keçirib.
Sözügedən yazıda “Twitter-in inzibatçısı vəzifəsindən istefa verməliyəmmi? Bu sorğunun nəticələrinə əməl edəcəyəm” ifadəsi yer alıb.
Sorğu Türkiyə vaxtı ilə saat 14:00-da başa çatıb. Ümumilikdə 17,5 milyon səs verildiyi halda, istifadəçilərin 57,5 faizi Maskın istefasını istəyib.
Nə vaxt istefa verəcəyi ilə bağlı təfərrüatları açıqlamayan Elon Mask, bir istifadəçinin sualı əsasında baş direktor dəyişikliyinə toxunaraq, “Varisi yoxdur” dedi.
Sorğu Twitter-də yalnız digər sosial media şirkətlərini tanıtmaq üçün yaradılmış hesabları və rəqib platformalar üçün linklər və ya istifadəçi adlarını ehtiva edən məzmunu qadağan edən siyasət yeniləməsindən sonra gəlir.
Şayəstə