Ukraynada münaqişə davam edərkən ölkə Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, Almaniya bugünkü Rusiya ilə normal münasibətləri saxlamağı qeyri-mümkün hesab edir. Bu barədə bu gün, dekabrın 27-də Almaniyanın xarici işlər naziri Annalena Berbok Rumıniyanın Digi24 telekanalına müsahibəsində bildirib.
“…Bu Rusiya ilə normal münasibətlər ola bilməz” deyən o, əlavə edib ki, Ukraynada münaqişə davam etdikcə Almaniya “Rusiya Federasiyasına qarşı sanksiyaları tədricən sərtləşdirəcək”. “Çünki Ukrayna həm də Avropanın azadlığını müdafiə edir”, – o vurğulayıb: “Ona görə də, biz nə qədər lazımdırsa, silah, humanitar və maliyyə yardımı ilə onun (Ukrayna ilə – redaktorun qeydi) yanında olacağıq”.
Burbok həmçinin hesab edir ki, Ukraynanın Avropa Birliyinə gedən yolu uzun və çətin olacaq. Siyasətçi bildirib ki, Aİ rəhbərliyi Kiyevi dəstəkləyəcək.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-ü, cümə axşamı səhər saatlarında Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bildirib ki, onun məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan vətəndaşları qorumaqdır”.
Şayəstə