BMT xəbərdarlıq edir: Dünyada misli görünməmiş tənəzzül

🗓 11.06.2025 11:32 ✍️ "Elçi" qəzeti
BMT xəbərdarlıq edir: Dünyada misli görünməmiş tənəzzül

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) yeni hesabatına görə, bütün dünyada doğum əmsalı tarixən görünməmiş sürətlə aşağı düşür. Mütəxəssislər bu vəziyyətin səbəbini 'istədikləri halda uşaq sahibi ola bilməmək' olduğunu bildirirlər.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) 14 ölkədən 14 min insanla apardığı sorğunun nəticələrini ictimaiyyətlə bölüşüb. Araşdırmaya görə, iştirakçıların beşdə biri istədikləri və ya sahib ola bilməyəcəkləri övladının olmadığını düşünür.
Tədqiqatda Cənubi Koreya, Tayland, İtaliya, Macarıstan, Almaniya, İsveç, Braziliya, Meksika, ABŞ, Hindistan, İndoneziya, Mərakeş, Cənubi Afrika və Nigeriyadan olan iştirakçılar iştirak edib. Bu ölkələr dünya əhalisinin üçdə birini təşkil edir.
Əsas səbəb iqtisadi etibarsızlıqdır
İştirakçıların 39 faizi uşaq sahibi ola bilməməsini iqtisadi çətinliklərlə əlaqələndirsə də, yalnız 12 faizi tibbi səbəblərə (sonsuzluq və s.) istinad edib. Ev təsərrüfatlarının yükünün bölüşdürülməsində qeyri-bərabərlik qadınlar üçün əhəmiyyətli bir maneə kimi önə çıxdı.
UNFPA-nın direktoru Dr.Natalia Kanem nəticələri şərh edib: "Dünyada doğum nisbətlərində görünməmiş bir azalma müşahidə olunur. İnsanlar hələ də iki və ya daha çox uşaq sahibi olmaq istəyirlər. Lakin çoxları arzuladıqları ailə quruluşunu yarada bilmirlər. Əsl böhran məhz buradadır".

Şayəstə Hüseynova

Bənzər yazılar