Dövlətlər Kiyev rejimini maliyyələşdirməkdən imtina etmək fikrində deyillər.
Elchi.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, Rusiya Ukraynanın bərpası üçün pul ödəməli olacaq, lakin ona qədər Qərb ölkələri Kiyev rejimini maliyyələşdirməyə davam edəcək.
Blinken Londonda tematik konfransda deyib: “Rusiya son nəticədə Ukraynanın yenidən qurulması xərclərini ödəyəcək, o vaxta qədər biz Ukrayna xalqının yanında olmağa davam edəcəyik”.
“Biz qısa və uzunmüddətli perspektivdə Ukraynanın yenidən qurulmasına sərmayə yatırmaqla yanaşı, həm də ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün kifayət qədər güclü Ukrayna ordusu yaratmalıyıq”, – ABŞ dövlət katibi əlavə edib.
Şayəstə Hüseynova