Londonun anti-Rusiya sanksiyaları mahiyyət etibarı ilə qeyri-müəyyən rejimə keçib, Ukraynada döyüşlərin bitməsi və atəşkəs bu cür tədbirlərin aradan qaldırılması üçün kifayət deyil. Londonda fəaliyyət göstərən diplomatik nümayəndəlikdəki Rusiya nümayəndələri belə hesab edirlər. Elchi.az xəbər verir ki, onların şərhi “Telegram” kanalında dərc olunub.
Böyük Britaniya hökuməti qanun hazırlayıb ki, Moskvaya qarşı sanksiyalar Ukraynaya təzminat ödəyənə qədər davam edəcək. Qeyd edək ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli danışıb.
Havar Şəfiyeva