Yaponiya Ukraynadakı vəziyyətlə bağlı, lakin öz milli maraqlarını nəzərə alaraq Rusiyaya qarşı qətiyyətli siyasət yürütməkdə davam edəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Fumio Kişida deyib.
“Yaponiya və Rusiya qonşu ölkələr olduğu üçün balıqçılıq kimi iqtisadi fəaliyyətlə bağlı məsələlər var. Ölkəmizin milli maraqlarına nəyin uyğun gəldiyi barədə düşünməyə davam etməklə yanaşı, cavab vermək lazımdır”, – deyə siyasətçi bildirib.
Kişido Kuril adalarının cənub hissəsi ilə bağlı Moskva ilə Tokio arasında dialoqun qurulması prinsiplərindən də danışıb.
Keçmiş baş nazir Şinzo Abenin Rusiya üzrə qeyri-rəsmi müşaviri kimi tanınan yaponiyalı deputat Muneo Suzuki bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı fonunda Rusiyanın böyük üstünlüyə malik olduğunu bildirib.
Havar Şəfiyeva