“Ukraynadakı münaqişənin tezliklə bitməsinə ümid etmək sadəlövhlükdür”. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib.
Szijarto əvvəllər Ukraynadakı münaqişənin tezliklə bitməyəcəyini proqnozlaşdırıb,
səbəb kimi o, Kiyevə hərbi yardım, münaqişəni dayandırmaq üçün hər iki tərəfin heç bir hərəkətinin olmaması, Ukrayna əsgərlərinin Avropa ölkələrində təlim keçməsi və ABŞ-ın münaqişədə iştirakını göstərib.
Qeyd edək ki, iyunun 16-da Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynada hərbi vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı hərbçilərə konkret tapşırıqlar verib. O qeyd edib ki, münaqişə daha ciddi və gözlənilməz xarakter alır.
Havar Şəfiyeva