Çin Argentinanın İngiltərəyə Folklendlər üzərindəki ərazi iddialarını dəstəkləyir və müstəmləkəçilik düşüncəsin son qoymağa çağırır. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki səfiri Qenq Şuanq danışıb.
Çinin BMT-dəki nümayəndəsinin müavini London və Buenos Ayresi adalar üzrə danışıqları bərpa etməyə çağıran qətnaməni qəbul edən dekolonizasiya üzrə xüsusi komitəyə şərhlər verib.
Argentina iddia edir ki, Cənubi Atlantikada sahil xəttindən təxminən 600 kilometr aralıda yerləşən adalar Böyük Britaniya tərəfindən qanunsuz olaraq ələ keçirilib və onun 1765-ci ildən bəri ərazi iddiaları olduğuna inanır.
Əsrlərlə davam edən mübahisə 1982-ci ildə Argentinanın ərazini güc yolu ilə ələ keçirmək cəhdi Böyük Britaniyanı adaları geri almaq üçün dəniz qüvvələri göndərməyə sövq etdikdən sonra iki ölkə arasında iki aylıq müharibəyə çevrildi.
2023-cü ilin martında Argentinanın suverenliyi deyil, enerji, gəmiçilik və balıqçılıq kimi məsələləri əhatə edən 2016-cı il əməkdaşlıq sazişindən çıxması və adalar üzrə danışıqlara qayıtmağı tələb etməsi məsələsi yenidən gündəmə gəlib.
Havar Şəfiyeva