"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Bizim üçün Avropa bazarı ən əlverişli bazardır”

12 Noyabr 2014 - 09:11
in MANŞET
FacebookVatsap
“Biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin”384cc88e7ef375f2f4a86f29d6b06dc1

 

Bunu da oxuyun

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

Enerji məsələlərinə bizim əməkdaşlığımız üçün çox gözəl imkanlar var. Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır. APA-nın məlumatına görə, bu sözləri noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan sənədlərinin  imzalanması mərasimindən sonra mətbuata bəyanatında Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı Azərbaycanın “Cənub” qaz dəhlizinin təşəbbüskarı olduğunu xatırladaraq, “Cənub” qaz dəhlizinin artıq icra edildiyindən şad olduğunu bildirib: “İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilmişdi və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu, enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcək. Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında – 2018-2019-cu illərdə nəql ediləcək”.

 

 

Azərbaycan prezidenti  burada əlaqələndirmə işlərinin yüksək səviyyədə aparılmalı olduğunu qeyd edib: “Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaq. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir”.

 

Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanının maraqlarının da burada üst-üstə düşdüyünü vurğulayan dövlət başçısı yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqların başlanacağına dair qərar verildiyini qeyd edib: “Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaq. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin. Əlbəttə, burada böyük investisiyadan söhbət gedir. Bu investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb”.

 

““Cənub” qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir”, deyə prezident İlham Əliyev qeyd edib.

 

 

Humanitar sahənin də çox böyük önəm daşıdığını bildirən dövlət başçısı Macarıstanın azərbaycanlı tələbələr üçün 200 təqaüd ayırdığına görə baş nazir Viktor Orbana minnətdarlığını bildirib: “Macarıstan tərəfi bu təqaüdlərin təminatını təşkil edəcək. Bu, bizə böyük dəstəkdir və bizə olan hörmətin əlamətidir”.

 

“Əlbəttə, biz çox istəyirik ki, Macarıstan ali məktəbləri Azərbaycanda filiallarını açsınlar. Bu məsələ də dünən və bu gün müzakirə edildi. Əminəm ki, biz birgə səylərlə buna da nail olacağıq. Digər məsələlər – turizm, aviareyslərin təşkili, bütün bunlar bizi daha da sıx birləşdirəcək. Ancaq bir daha demək istəyirəm ki, əlaqələrimizin təməlində güclü siyasi iradə var və hər iki tərəf bu iradəni göstərir. Əminəm ki, gələcəkdə biz daha da gözəl işlər görəcəyik”, deyə dövlət başçısı əlavə edib.

Previous Post

“Bizim üçün Avropa bazarı ən əlverişli bazardır”

Next Post

Azərbaycanli şagirdlər beynəlxalq olimpiadanın qalibi olublar

Bənzər yazılar

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

23 Oktyabr 2026 - 16:09

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" Azərbaycan...

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00

Avropa İttifaqı (Aİ) Böyük Britaniya, Kanada və Yaponiyanı 2027-ci ildə Ukraynaya maliyyə dəstəyini artırmağa inandırmaq niyyətindədir. Elchi.az xəbər verir ki,...

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

23 Oktyabr 2026 - 10:45

ABŞ Prezidenti Donald Tramp İrana bir çox cəhətdən ciddi ziyan vurduqlarını bildirərək, "Bir az daha irəli gedə bilərik" dedi. Elchi.az...

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

22 Oktyabr 2026 - 18:04

Qərb istiqamətində müharibə nə Minskə, nə də Moskvaya lazımdır, lakin hər iki ölkə ehtimal olunan münaqişəyə hazır olmalıdır. Elchi.az xəbər...

Next Post

Azərbaycanli şagirdlər beynəlxalq olimpiadanın qalibi olublar

Azərbaycanli şagirdlər beynəlxalq olimpiadanın qalibi olublar

Son xəbərlər

Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

23 Oktyabr 2026 - 18:56
Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

23 Oktyabr 2026 - 18:47
Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

23 Oktyabr 2026 - 18:34
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

23 Oktyabr 2026 - 18:13
ABŞ partiyaları bir gündə reklama rekord 147 milyon dollar xərcləyib

ABŞ partiyaları bir gündə reklama rekord 147 milyon dollar xərcləyib

23 Oktyabr 2026 - 17:59
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqlənib

Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqlənib

23 Oktyabr 2026 - 17:47
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu

Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu

23 Oktyabr 2026 - 17:35
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

23 Oktyabr 2026 - 17:28
İordaniyada kilsədə atışma baş verib: ölənlər və yaralananlar var

İordaniyada kilsədə atışma baş verib: ölənlər və yaralananlar var

23 Oktyabr 2026 - 17:20
Kosmosun hərbi əməliyyat teatrına çevrilməsi riski artır

Kosmosun hərbi əməliyyat teatrına çevrilməsi riski artır

23 Oktyabr 2026 - 17:11
İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

23 Oktyabr 2026 - 17:11
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar

Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar

23 Oktyabr 2026 - 16:58
Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başladı

23 Oktyabr 2026 - 16:46
“Brent” neftinin qiyməti 115 dolları ötdü

“Brent” neftinin qiyməti 115 dolları ötdü

23 Oktyabr 2026 - 16:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.