Kosmosda silahlanma yarışının başlanması və yerətrafı fəzanın yeni hərbi əməliyyat teatrına çevrilməsi riski artır və onun təhlükəsiz istifadəsi üçün əsas çağırışdır.
Elchi.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi tərəfindən yayımlanan Çinin kosmik fəza ilə bağlı rəsmi mövqeyində bildirilir.
“Kosmosda silahlanma yarışı riskləri və kosmik fəzanın hərbi əməliyyat teatrına çevrilməsi meyilləri kosmosda təhlükəsizlik üçün ən böyük təhdid və çağırışlara çevrilib. Kosmik fəzanın qlobal idarəçiliyinin gücləndirilməsi bəşəriyyət qarşısında duran təcili vəzifə, eləcə də bütün ölkələrin birgə məsuliyyətidir”, – deyə sənəddə qeyd olunur.
Məryəm




















