"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar – FOTLAR, VİDEO

09 Fevral 2018 - 10:23
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Fevralın 7-də Xaləddin İsgəndərovun “qucuları” qoca qadının evinə hücum edib; İctimai Nəzarət Koalisiyasının sədri icra başçısını rüsvay etdi: “Sizi bu qədər rüşvətxor bilməzdik”

Bunu da oxuyun

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qoçu dəstələri saxlaması, dəstələrdə təmsil olunan şəxslərin kimliyi, harada, hansı vəzifələrdə çalışdıqları haqda mətbuatda kifayət qədər məlumat yayılıb. Amma müvafiq orqanlar icra başçısının dəstələrində olanlara qarşı tədbir görməyə tələsmirlər. Bu dəstələrdə olanlar da cəzasızlıq mühitindən vətəndaşlara qarşı qanunsuzluqlarını davam etdirməklə yararlanırlar. Fevralın 7-də özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin əməkdaşı kimi təqdim edən Rəfael adlı şəxs başının dəstəsi ilə 99 saylı sahədə yerləşən Ceyran Alışan qızı Rəfiyevanın evinə hücum edib. Onlar ahıl qadının əlindəki tikintiyə aid sənədlərinə məhəl qoymayaraq hasarını uçurublar, ondan 7 min manat rüşvət tələb ediblər. Bu haqda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov youtube kanalında çıxış edib. Hadisə yerinə gedərək sökülmüş hasarın fonunda mülk sahibi Ceyran Rəfiyeva ilə baş verənləri anladıblar.

Rasim Məmmədov deyir ki, vətəndaş Binəqədi rayonu, Biləcəri qəsəbəsində 3 sot yarım sahə alıb və özəlləşdirib. Bütün strukturlardan keçərək mülkiyyət hüququ alıb və ev tikintisinin eskizini çəkdirib. Binəqədi Rayon İcra hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin rəsmiləri isə tikinti aparmaq üçün vətəndaşdan 7 min manat rüşvət tələb edirlər. R.Məmmədov bildirir ki, vətəndaş bundan sonra İctimai Nəzarət Koalisiyasına müraciət edib.  Koalisiya rəsmiləri vətəndaşın əlindəki sənədlərə baxıblar.

Müəyyən ediblər ki, sənədlər cənab prezidentin sərəncamına uyğundur və yeni qanuna uyğun olaraq vətəndaş Binəqədi Rayon İcra Hakimiyyətinə sərəncamı, eskizi və digər zəruri sənədləri təqdim edib.  Tikinti aparılmasına razılıq verilməsi üçün qanuna müvafiq qaydada 1 ay gözləyiblər. Bundan sonra tikintiyə başlayıblar. R.Məmmədov qeyd edir ki, vətəndaş torpağı bələdiyyədən alıb və bundan sonra Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etməklə torpağa dair sərəncam alıb. Sərəncamı alandan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin tövsiyəsi ilə kanalizasiya və digər kommunikasiya vasitələri ilə bağlı da addımlar atıblar. Bundan sonra ahıl yaşda olan qadınla yeganə oğlu torpağı şəxsi mülkiyyətlərinə çeviriblər. Eskiz çəkdirib Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova müraciət ediblər. Bundan sonra onun qoçuları – Biləcəri İcra Nümayəndəliyində işlədiyini iddia edən Rəfael adlı, 40-45 yaşlı şəxs qoçularla gələrək vətəndaşın hasarını dağıdıb.

Xaleddin-1.jpg (96 KB)

R.Məmmədov Xaləddin İsgəndərova müraciətlə deyir: “Xaləddin İsgəndərov, mən sizə müraciət etdim, siz məni aldatdınız. Vətəndaşın pis vəziyyətdə qaldığını görüb Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etdim. Hacıbala Abutalıbov vəziyyəti görən kimi qoca ananın ərizəsinin üzərinə ”Hörmətli Xaləddin müəllim, xahiş edirik qanun çərçivəsində həll edin” dərkənarını yazdı. Ahıl ana həmin ərizəni evinə gələn Rəfailə göstərib. Rəfael isə deyib ki, sənəd saxtadır, Hacıbala müəllim belə şey yazmaz”.

R.Məmmədov sual edir: “Hacıbala Abutalıbovun imzasını tanımayan bir insan burada quldur kimi rüşvət toplayır, camaatın evini uçurur. Ölkə başçısı korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə apardığı bir vaxtda, vətəndaşları birgə mübarizəyə çağırdığı bir vaxtda Xaləddin İsgəndərov, Fazil Məmmədovun qohumu buranı dağıtdırır. Xalqını, dövlətini, prezidentini sevən insanlara müraciət edirəm. Bu yaşlı ananın ahı onları tutacaq. Bu ərazidə yaşayanlaırn hər biri bilir ki, bu ana-balanın bura şəxsi mülkiyyətləridir. Xaləddin müəllim, biz sizi bu qədər rüşvətxor bilməzdik. Bu xanımın vicdanı və namusu var, sənin isə tamahın böyükdür”.

R.Məmmədov Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolunda, Avtovağzalın yaxınlığında “Evim” restoranı tikdirdiyini də diqqətə çatdırıb. Deyib ki, həmin restoran gediş-gəlişə mane olur, ərazidə tikinti aparmaq belə təhlükəlidir: “Özün orada tikinti aparmısan, bu kasıb ailənin 3 sot yarımlıq torpağında qanuni şəkildə tikinti aparmağa isə icazə vermirsən. Əgər sən prezidenti sevən başçı olsaydın, vətəndaşa sement göndərərdin, prezident seçkisi qabağı narazılıq yaratmazdın”.

R.Məmmədov yaşlı qadının əlindən öpür, onun əllərindəki qabarları göstərək deyir: “Bu xanımın əl qabarları Xaləddin İsgəndərovu kor qoyacaq”.

Koalisiya sədri ölkə rəhbərliyinə müraciət edərək Biləcəri qəsəbəsində baş verən özbaşınalıqlarla bağlı tədbir görülməsini xahiş edib.

Previous Post

Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar – FOTLAR, VİDEO

Next Post

Düşmən atəşkəs rejiminə əməl etmir

Bənzər yazılar

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Düşmən atəşkəs rejiminə əməl etmir

Düşmən atəşkəs rejiminə əməl etmir

Düşmən atəşkəs rejiminə əməl etmir

Düşmən atəşkəs rejiminə əməl etmir

Son xəbərlər

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43
Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20
Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

05 Oktyabr 2026 - 12:15
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04
Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51
Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

05 Oktyabr 2026 - 11:38
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

05 Oktyabr 2026 - 11:17
Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

05 Oktyabr 2026 - 11:09
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08
Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.