Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı yeni sanksiyalar üzərində çalışdıqlarını bildirib.
Elchi.az xəbər verir ki, De Sutter X sosial media platformasında İsrailin Rəfaha mümkün quru hücumu ilə bağlı açıqlama verib.
Belçikalı rəsmi xəbərdarlıq edib ki, “İsrailin Rəfah bölgəsindən fələstinliləri göndərmək çağırışı və elan edilən işğal qırğına səbəb olacaq”.
Belçikanın İsrailə qarşı yeni sanksiyalar üzərində çalışdığını bildirən De Sutter Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşəcəyini bildirib.
İsrailin müdafiə naziri Yoav Gallant HƏMAS hərəkatının Təl-Əviv hökuməti ilə əsir mübadiləsi razılaşması əldə etmək istəmədiyinə dair əlamətlər olduğunu iddia edərək, “Qəzza zolağının cənubundakı Rəfah şəhərini çox yaxında işğal edəcəklərini” bəyan edib.
Baş nazir Binyamin Netanyahu başda olmaqla İsrailin yüksək vəzifəli şəxsləri, beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, Qəzza zolağının cənubunda ən azı bir dəfə məcburi köçkün edilmiş təxminən 1,5 milyon fələstinlinin sığınacaq tapdığı Rəfaha qurudan hücum edəcəklərini təkrar edir.
Şayəstə Hüseynova