Şuşada olduğuma görə xoşbəxtəm.
Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
“Biz bu səfərə iki aya yaxındır ki, hazırlaşırdıq və şadam ki, nəhayət baş tutdu”, – diplomat ABŞ səfirliyinin X hesabında yerləşdirilən videoda bildirib.