Peskov bildirib ki, xüsusi əməliyyatda iştirak edən məhbusların əfv edilməsi qanunlara uyğun olaraq həyata keçirilir.
Elchi.az xəbər verir ki, Ukraynada könüllü olaraq xüsusi hərbi əməliyyatda iştirak etmək qərarına gələn məhbusların əfv edilməsi Rusiya qanunlarına tam uyğun olaraq həyata keçirilir. Bunu jurnalistlərə bazar ertəsi, 2023-cü il yanvarın 9-da dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Qanunvericilik məhbusların saxlandığı yerlərdə başlayan, yəni sənədli, daha sonra regional səviyyədə, sonra federal səviyyədə, daha sonra prezidentin fərmanı ilə yekunlaşan müəyyən proseduru nəzərdə tutur”, – Kreml sözçüsü bildirib.
Şayəstə