ABŞ-ın birinci xanımı Cil Bayden həyat yoldaşı Co Baydenin koqnitiv qabiliyyət testi təşəbbüsünü tənqid edib.
Elchi.az xəbər verir ki, o, “CNN”-ə müsahibəsində bu fikrin gülünc olduğunu bildirib.
Bundan əvvəl 37 Respublikaçı senatordan ibarət qrup prezident Baydenə məktub göndərərək onu koqnitiv testlərdən keçməyə çağırmışdı. Öz növbəsində ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, ABŞ prezidentliyinə keçmiş namizəd, 51 yaşlı Nikki Heyli yaşı 75-dən yuxarı olan siyasətçiləri əqli qabiliyyətləri üzrə test keçirməyə çağırıb.
Fevralın 16-da ABŞ prezidenti Co Bayden illik tibbi müayinədən keçib, nəticədə siyasətçini müalicə edən həkim Kevin O’Konnor rəyi ictimaiyyətə təqdim edib. Təqdim olunan hesabatda Baydenin enerji ilə dolu olduğu və vəzifələrini yerinə yetirməyə davam etməyə hazır olduğu qeyd edilib.
Yeganə