Bayden Ukraynanın suverenliyinə sadiqliyini bir daha təsdiqləmək niyyətindədir.
Elchi.az xəbər verir ki, Bir gün əvvəl Kiyevə gələn ABŞ prezidenti Co Bayden Ukraynanın tezliklə 500 milyon dollarlıq yeni hərbi yardım paketi alacağını açıqlamışdı. Ağ Ev rəhbəri bunun çərşənbə axşamı, fevralın 21-də açıqlanacağını qeyd edib.
“Mən artilleriya sursatları, tank əleyhinə sistemlər və hava müşahidə radar sistemləri də daxil olmaqla, kritik avadanlıqların növbəti çatdırılmasını elan edəcəyəm”, – Ağ Ev amerikalı liderdən sitat gətirib ki, bu, “Ukrayna xalqını hava bombardmanlarından qorumağa” kömək edəcək.
Bayden həmçinin bildirib ki, Kiyevdə olarkən Ukraynanın suverenliyinə sadiqliyini bir daha təsdiqləmək niyyətindədir.
Şayəstə