ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini növbəti dəfə təhqir edib.
Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, Şimali Karolinada seçicilər qarşısında danışan o, yenidən Rusiya liderini “qəssab” adlandırıb.
Amerikalı milyarderlərin vergilərinin artırılması ideyasını ifadə edən Ağ Evin rəhbəri bu vəsaitlərin Kiyevə kömək üçün gedə biləcəyini bildirib.
Biz çox şey edə bilərik! O cümlədən, nəhayət, Ukraynanı qəssab Putindən qorumağa çalışarıq.
Xatırladaq ki, 2022-ci ilin yazında Bayden Rusiya prezidentini “ölümcül diktator” və “quldur” adlandırıb.
Havar Şəfiyeva