"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Başlarını itiriblər, təlim raketini buraxıblar, partlamayıb” – Rus polkovnikdən SƏRT AÇIQLAMA

25 Fevral 2021 - 12:25
in MANŞET
FacebookVatsap

Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” operativ-taktiki raketlərinin yararsız olduğu və Qarabağ müharibəsi zamanı tətbiq edilsə də partlamadığı, yaxud “10 faiz partladığı” haqda bəyanatı Rusiyada fırtına effekti yaradıb.

Bunu da oxuyun

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Elchi.az xəbər verir ki, rəsmi Moskva Rusiyanın ən dəqiq və qorxunc silahlarından biri kimi illərdir reklam olunan “İsgəndər”lərin bu cür gözdən salınmasına hələ münasibət bildirməyib. Amma rusiyalı siyasətçilər, hərbi ekspertlər, Dövlət Dumasının üzvləri Paşinyanı necə deyərlər, ağ yuyub qara sərməkdədir.

“Komsomolskaya pravda” qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik və Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Viktor Baranets isə sensasion məqamı açıqlayıb. Bildirib ki, həqiqətən erməni hərbçilərinin tətbiq etdiyi  “İsgəndər” raketləri partlamayıb. Çünki həmin raketlərdə döyüş başlıqları yox idi və təlim raketləri idi.

“Paşinyanın kreslosu bərk laxladığı bir vaxtda o, birdən oyun oynamağı qərara alır: mən günahkar deyiləm, ruslardan “pis” hərbi texnika almışdıq, hansı ki, işə yaramır və ya ancaq 10 faiz partlayır. Üstəlik Paşinyandan dərhal soruşublar: bu necə olur ki, döyüş başlığının ancaq 10 faizi partlayır? Cavabında deyib ki, bilmir, yəqin 80-ci illərin silahlarıdır, ona görə”,-Viktor Baranets deyib.

Polkovnik əlavə edib ki, “İsgəndər”lərin Rusiya ordusunun silahlanmasına qəbul edilməsi 2029-cu ildə ancaq başa çatdırılıb, 2006-cı ildə isə onun silahlanmaya daxil edilməsi başlamışdı. “Nə 80-ci illər? Paşinyan bivecin biridir. Onun bəyanatı baş nazirin bəyanatı deyil, Kaşenko adına kliniki psixiatrik xəstəxanasının pasiyentinin bəyanatıdır”,-rusiyalı polkovnik deyib.

Viktor Baranetsin sözlərinə görə, Paşinyan 10 faiz haqda elə-belə danışmayıb. Belə ki, Rusiya Ermənistana “İsgəndər”lərin ixrac variantını verib və bu isə taktiki-texniki göstəriciləri aşağı salınmış texnikadır: “Hansı ki, biz bu haqda həmişə deyirik. Raket kompleksinin döyüş gücü 10 faiz azaldılıb. Və ermənilər də bu haqda texnikanı alanda bilirdilər və ona qarşı heç nə deməmişdilər”.

Viktor Baranets daha sonra məsələni Ermənistanda, Gümrüdə xidmət edən rusiyalı raketçilərlə müzakirə etdiyini deyib. Hansı ki, onlar erməni ordusuna yaxşı bələd olan adamlardır.

“Onlardan biri mənə erməni ordusu haqda lətifəyə oxşayan və olmuş əhvalat danışdı. Münaqişə başlayanda erməni ordusunda hökm sürən “bardak” şəraitində onlar əsl raket əvəzinə təlim raketini buraxıblar. Onlarda təlim raketləri də olub və yəqin fikirləşiblər ki, heç vaxt “İsgəndər”lərdən atəş açası olmayacaqlar, sənədləri isə itiriblər. Buraxılış qurğusunu görüblər və raketi buraxıblar. Ona görə də raketlər partlamayıb: orada döyüş başlığı olmayıb”,-Viktor Baranets bildirib.

Polkovnik əlavə edib ki, Paşinyanın dediklərini müttəfiq ölkənin başçısı deyə bilməz. Bu, qeyri-dost addımıdır və ona görə cavab vermək lazım gələcək. “Ermənistanda indi hansısa antirusiya prosesləri baş verir. Ermənistan “İsgəndər”lərə sahib olan yeganə xarici ölkədir. Bir çox ölkələr bu yüksək dəqiqlikli silahı almaq üçün növbəyə düzülüblər. İstisna etmirəm ki, amerikalılar “İsgəndər”lərin imicini korlamağın əvəzində Paşinyanın qulağına dəstək haqda nəsə pıçıldayıblar”,-o qeyd edib./virtualaz.org/

Previous Post

“Başlarını itiriblər, təlim raketini buraxıblar, partlamayıb” – Rus polkovnikdən SƏRT AÇIQLAMA

Next Post

Ermənistan ordusu Paşinyanın istefasını tələb edir

Bənzər yazılar

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58

Avropa İttifaqı ölkələrinin liderləri Vaşinqton və Kiyev arasında münasibətlərin daha da pisləşməsindən ehtiyat edərək Vladimir Zelenskini ABŞ Prezidenti Donald Trampa...

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqı (Aİ) liderlərini Ukraynaya dəstəyini gücləndirməyə çağırıb. Elchi.az xəbər verir ki, o, bu barədə Brüsseldə...

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09

Özbəkistan Prezidenti uşaqlara qarşı cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə Prezident...

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib ki, Belarus NATO-nun yeni “Qələbə nəzəriyyəsi” planını pisləyir. Elchi.az bu barədə...

Next Post

Ermənistan ordusu Paşinyanın istefasını tələb edir

Ermənistanda qiyam başlayır – Paşinyan  tərəfdarlarını meydana səslədi

Ermənistanda qiyam başlayır - Paşinyan tərəfdarlarını meydana səslədi

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.