"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Baş nazirdən işsiz şəxslərlə bağlı mühüm Qərar

15 May 2020 - 09:39
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Nazirlər Kabineti “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nı təsdiq edib.

Bunu da oxuyun

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Milli Məclisin iclası başlayıb

Elchi.az-ın məlumatına görə, Qaydaya əsasən, özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq, özünüməşğulluğa cəlb edilirlər. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

Həmçinin, özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

– özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

– əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

– özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;

– seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında

verilməsi;

– özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.

Qaydaya əsasən, özünəməşğulluğun təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsizkimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz kimi qeydiyyata alınmış şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir. Eyni zamanda özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər vəməlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin yerli qurumları və ya DOST mərkəzləri ( Mərkəz) tərəfindən verilir.

Qaydaya əsasən, məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, işaxtaran kimi qeydiyyata alınan zaman verilir.

İşsiz şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə təlimlərə cəlb olunurlar. İşsiz şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir. İşsiz şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 iş günü müddətində işsiz şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir. Qiymətləndirmə Agentliyin yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar  tərəfindən həyata keçirilir. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər. Komissiya Agentliyin yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir:

– özünüməşğulluğa cəlb edilir;

– özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ var.

İşsiz şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin yerli qurumları və ya Mərkəz arasında 2  il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan

keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir.  Özünüməşğulluğa cəlb olunmuş şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10  iş günü müddətində elektron kabinetində yerləşdirməlidir. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 iş günü müddətində Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən 2 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 ay əvvəl eyni (analoji) əmlak üçün sı Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən satılır.

Previous Post

Baş nazirdən işsiz şəxslərlə bağlı mühüm Qərar

Next Post

Beş rayon prokurorunun işdən çıxarılması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Bənzər yazılar

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11

Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib. Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi "Associated Press" agentliyinə bildiriblər...

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

03 Noyabr 2026 - 11:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailəyə verilib. Nazirlikdən Elchi.az-a...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

03 Noyabr 2026 - 10:46

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda kompleks mülki müdafiə təlimi...

Next Post
Beş rayon prokurorunun işdən çıxarılması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Beş rayon prokurorunun işdən çıxarılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Beş rayon prokurorunun işdən çıxarılması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Beş rayon prokurorunun işdən çıxarılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Son xəbərlər

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

03 Noyabr 2026 - 17:45
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul edəcək

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul edəcək

03 Noyabr 2026 - 17:34
Polşanın iki hava limanında bomba xəbərdarlığı

Polşanın iki hava limanında bomba xəbərdarlığı

03 Noyabr 2026 - 17:26
ABŞ-da həlledici gün: Aralıq seçkilərdə səsvermə başlayır

ABŞ-da həlledici gün: Aralıq seçkilərdə səsvermə başlayır

03 Noyabr 2026 - 17:12
“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

03 Noyabr 2026 - 17:09
NATO nümayəndələri Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Brüsseldə müttəfiqlərlə görüşəcəklər

NATO nümayəndələri Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Brüsseldə müttəfiqlərlə görüşəcəklər

03 Noyabr 2026 - 16:57
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

03 Noyabr 2026 - 16:40
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

03 Noyabr 2026 - 16:31
ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

03 Noyabr 2026 - 16:25
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

03 Noyabr 2026 - 16:12
Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

03 Noyabr 2026 - 12:29
Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

03 Noyabr 2026 - 12:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.