"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakıda Andraniki təbliğ edən kafeyə məmurlar da gedirmiş… – Şok TƏFƏRRÜATLAR, FOTOLAR

09 Aprel 2015 - 16:41
in XƏBƏR LENTİ
FacebookVatsap
Bakıda Andraniki təbliğ edən kafeyə məmurlar da gedirmiş... - Şok TƏFƏRRÜATLAR, FOTOLARKafenin administratoru: “Dövlət orqanlarında çalışan bir nəfər dedi ki, məhz o portretə görə tez-tez bu kafeyə gəlir…”

Bu günlərdə Bakının Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Stara Praqa” adlı kafe-pubun önündə bədnam erməni millətçisi Andranik Ozanyanın portretinin aşkarlanması ictimaiyyətdə böyük narazılıq doğurdu.
Türk-müsəlman dünyasında kifayət qədər vəhşiliklər törədən qatil Andranikin Azərbaycan paytaxtının mərkəzində uzun müddət təbliğ edilməsi bir çox suallar yaradır. Məsələnin arxasında kimlərin dayandığı, portretin həqiqətən də erməni qatilinə məxsus olub-olmaması isə hələlik tam aydınlaşmayıb.
Musavat.com-un əməkdaşları adıçəkilən məkanda olublar. Özünü kafe-pubun baş administratoru kimi təqdim edən Vüqar adlı şəxs bildirdi ki, aprelin 7-də həmin portret və loqo polislər tərəfindən sökülərək, araşdırlımağa aparılıb:“Mən özüm Kəlbəcər rayonundanam. Əgər o potretin Adranikə məxsus olduğunu bilsəydim, həmin an söküb, atardım”.
Administratorun sözlərinə görə, porterin altında Pyotr Nikodimoviç Montinin adı yazılıbmış: “İki il öncə kafeni arendaya götürüb, işlətdik. Həmin portreti də olduğu kimi yerində saxladıq. Biz elə zənn edirdik ki, portretdə qeyd edilən yazı şəkildəkinə aiddir, yəni biz onu Pyotr Nikodimoviç Montin bilirdik. Portretin həmin şəxsə aid olduğunu düşünüb və yerləşdiyi ərazinin də adına uyğun olduğu üçün götürməmişdik. Montin Bakıda şampan və “Azərbaycan mirvarisi” adlı şərabın ilk istehsalçılarından biri olub. Bizim kafe də onun loqosu ilə tanınırdı. Yəni daha çox “Montinburq” deyə məşhurlaşmışdı”.
Kafenin əməkdaşı onu da qeyd etdi ki, 2 zalı və 4 kabineti olan kafe-pubun müştəriləri arasında xeyli sayda dövlət rəsmiləri də var: “Minlərlə insan bu kafeyə gəlib və gəlir də… Dövlət adamları dəfələrlə bizim məkana gəlib, o şəkili görüblər, lakin heç bir söz deməyiblər. Hətta yadımdadır, bir dəfə onlardan biri kafedə olarkən mənə bildirdi ki, məhz o portret və loqoya görə tez-tez bura gəlir. Üstəlik, hələ də o şəkilin Andranikə məxsus olub-olmadığı tam aydınlaşdırılmayıb. Bizə sadəcə, bildirdilər ki, portretdəki Andranikə çox bənzəyir, vəssalam…”
Administrator kafenin polis nəzarətində olduğunu, bu səbəbdən də mətbuata kifayət qədər açıqlama verə bilməyəcəyini dedi: “Biz olanların barəsində artıq polis bölməsində məlumat vermişik. Hazırda məsələnin nə ilə nəticələnəcəyini gözləyirik”.

Montin də erməni imiş…

Məsələni daha dərindən araşdırmaq üçün AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Dilavər Əzimliyə müraciət etdik. Tarixçi adıçəkilən portretin Azərbaycan xalqına qarşı təhqir mesajı oluduğunu dedi: “Əgər məlum olsa ki, bu həqiqətədən də Andranikin şəklidir, bu, xalqımız üçün böyük təhqirdir. İllərdir ki, portretin oradan asılı qalması içimizdə xain əllərin olmasından xəbər verir. Buradan da aydın olur ki, ermənilər öz mənafeylərini həyata keçirmək üçün güclü işləyirlər. Bu cür faktlar hələ də var. Sizin saytın vasitəsilə buradan o kafenin sahibinə səslənirəm: Bu, biabırçılıqdır!”
Tarixçi Pyotr Montin haqqında da danışıb. Onun sözlərinə görə, bolşevik olan bu şəxs vaxtilə Azərbaycan xalqına qarşı düşmən olan Kirovun yaxın silahdaşı olub: “Pyotr Montin də bizim xalqımıza qan udduran boleşviklərdən biri olub. Onu hər hansı yolla təbliğ etmək yolverilməzdir. Sovet dövründə hətta onun şərəfinə qəsəbə də saldılar. Deməli, bolevizmin təbliğində, azərbaycançılığa qarşı siyasətdə onun kifayət qədər əməyi olub ki, adı əbədiləşdirilib. Onun törətdiyi əməllər haqqında məlumat almaq üçün N.Nərimanovun yazılarını oxumaq bəs edər”.
Məlumata görə, hətta Pyotr Montinin əsl soyadı Montyan olub. Bakıda Şirvanşahlar dövründən yaşayan ailəyə məxsus çaxır-likör fabrikantının ailəsində doğulan və həddindən ziyadə varlı yaşayan Pyotr Montyan tez-tez həbsxanalara düşüb. Bu səbəbdən də onun hərbi rütbəsinin olması şübhə doğurur. Montyanın erməni terrorçusu Tatevos Amirovla birlikdə varlı müsəlman ailələrini soymaqla məşğul olduğu barədə də məlumatlar mövcuddur. Deyilənə görə, onlar varlı müsəlman ailələrin övladlarını oğurlayaraq, əvəzində pul tələb edirmişlər.
Bolşevik qruplaşmasının üzvü olmuş P.Montyan öz yoldaşları tərəfindən öldürülüb. Onu Qəzənfər Musabəyovun dəstəyi ilə Lavrenti Beriya vurub. Maraqlıdır ki, Bakıda onun abidəsini də məhz Qəzənfər Musabəyov açıb. Həmin vaxt Qəzənfər Musabəyov Mərkəzi İcraiyyə Komitəsinin sədri olub.
Erməni olduğu ehtimal olunan Pyotr Montinin adına bu gün paytaxt Bakıda geniş otel, market və iki kafe fəaliyyət göstərir.
Portret qalmaqalına səbəb olan kafe-pubun sahibi özlərini müdafiə etməyə çalışsalar da, unudurlar ki, erməni Pyort Montyanın şəklini təbliğ etmək azərbaycanlılara divan tutan Andranikin şəklini təbliğ etməkdən heç nə ilə fərqlənmir.

Təkqulaq Andranik…

Qeyd edək ki, Andranik Ozanyan 1918-1920-ci illərdə Qərbi Azərbaycanın 200-dən çox kəndini və əhalisini xüsusi amansızlıqla məhv edib. Onun başçılıq etdiyi daşnak dəstələri qadınları, qocaları, körpə uşaqları belə, amansızcasına yandıraraq, vəhşicəsinə qətlə yetiriblər. Osmanlı İmperiyasına xəyanət etdiyi üçün onun bir qulağı kəsilib. O vaxtdan xalq arasında daha çox “təkqulaq Andranik” kimi tanınıb. Birinci Dünya Müharibəsindən sonra Türkiyə hökuməti Andraniki hərbi cinayətkar kimi beynəlxalq axtarışa verib. Andranik muhacirətə gedərək əvvəlcə Fransada, sonra isə ABŞ da yaşayıb və Kaliforniya  ştatının Fresno şəhərində ölüb.
Xatırladaq ki, qalmaqallı portretlə bağlı ilk dəfə jurnalist Sənan Nəcəfov özünün Facebook səhifəsində məlumat yaymışdı: “Montində “Montinburg” adlı pub var. Bahalı yerdir. Dostlardan biri bayaq o pubın fanarlarının fotosunu paylaşıb. Fotoya diqqət yetirin. Əgər o fotoda olanın kimliyini tanımadınızsa, mən izah edim. Bu erməni cəlladı Аndronikin fotosudur. Bunlar nə demək istəyirlər? Məqsədləri nədir? Bu qədər qudurublar, ya kimin fotosunu vurduqlarından xəbərsizdirlər? Bilirsiniz, nəyə oxşayır? Elə bilin ki, İrəvanda hansısa bahalı puba Mübariz İbrahimovun fotosunu vurublar. Vurarlarmı?”
Məhz bu məlumatdan sonra olay ölkədə geniş müzakirəyə səbəb oldu və polis məsələyə müdaxilə etdi.
Xalidə Gəray









Bunu da oxuyun

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Previous Post

Bakıda Andraniki təbliğ edən kafeyə məmurlar da gedirmiş… – Şok TƏFƏRRÜATLAR, FOTOLAR

Next Post

Əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib

Bənzər yazılar

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqədə qalibi olduğu “Maarif Cığırı –...

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25

Bakının Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Elchi.az - a...

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər...

Next Post

Əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib

Əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib

Son xəbərlər

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

29 Oktyabr 2026 - 11:58
Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

29 Oktyabr 2026 - 11:46
Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

29 Oktyabr 2026 - 11:40
9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

29 Oktyabr 2026 - 11:34
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

29 Oktyabr 2026 - 11:30
Bu il ehtiyat fondlar üzrə 518 mln. manata yaxın vəsait istifadə olunub

Bu il ehtiyat fondlar üzrə 518 mln. manata yaxın vəsait istifadə olunub

29 Oktyabr 2026 - 11:25
Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlanıb

Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlanıb

29 Oktyabr 2026 - 11:18
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının yekunları müzakirə olunub

Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının yekunları müzakirə olunub

29 Oktyabr 2026 - 11:06
Flavio Bolsonaru ABŞ-a qaçaraq özünü “Braziliya lideri” elan edib

Flavio Bolsonaru ABŞ-a qaçaraq özünü “Braziliya lideri” elan edib

29 Oktyabr 2026 - 10:59
Tovuzun “Turan” klubu CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Tovuzun “Turan” klubu CEV Çempionlar Liqasında cavab oyununa çıxır

29 Oktyabr 2026 - 10:50
Ermənistan Prezidentinin səhhəti pisləşdi

Ermənistan Prezidentinin səhhəti pisləşdi

29 Oktyabr 2026 - 10:43
Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabı üzrə profisiti bu il 8,5 mlrd. dollara çatacaq

Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabı üzrə profisiti bu il 8,5 mlrd. dollara çatacaq

29 Oktyabr 2026 - 10:36
Yeni Ombudsman seçiləcək

Yeni Ombudsman seçiləcək

29 Oktyabr 2026 - 10:29
2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib

2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib

29 Oktyabr 2026 - 10:14
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

29 Oktyabr 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.