"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

” Azərbaycan kamançası bütün dünyada sevilir” – Arslan Həzrəti

24 Sentyabr 2014 - 00:52
in MƏDƏNİYYƏT
FacebookVatsap
Türkiyədə yaşayan təbrizli kaman ustası Arslan Həzrəti “Reytinq” qəzetinə müsahibə verib.img1639180 
 
Arslan Həzrəti Təbrizdəndir. 13 yaşında kamança düzətməyə başlayıb. 18 yaşında isə Uluslararası Fajr festivalında İranın profesional yaylı ustaları arasında keçirilən yarışmaya düzətdiyi kamança ilə qatılıb və birinci olub. Azərbaycanın sevilən sənətkarları Fəxrəddin Dadaşov və Ədalət Vəzirov kimi sənətkarlardan dərs alıb. Maraqlıdır ki, kamança musiqi alətini ilk olaraq kimin ifasında duyub?
– Xalq artisti Habil Əliyevin. Uşaqlıqda Habil Əlivein ifasını dinləyirdim. Babam evdə musiqi alətlərində çalardı. Bir gün məndən soruşdu ki, sən hansı musiqi alətində çalmağı istərdin. Mən də düşünmədən dedim ki, kamançada. Mən sənətə Habil Əliyevin kamançasının səsi ilə başladım. 18 yaşında İranda festival keçirildi. Mən həmin festivalda birinci yeri tutdum. O festivalda ifa etdiyim aləti özüm düzətmişdim. Mən həm də 14 yaşımdan kamança musiqi aləti üzrə mütəxəsisəm. Bu yaşda artıq kamança aləti düzəldə bilirdim. Həm ifa, həm də düzətmək eyni bərabərlikdədir. Sonra yolum Bakıya düşdü. Bir il Ədalət Vəzirov və Fəxrəddin Dadaşovdan dərs aldım. Burdan İstanbula qayıdanda bu bir profesional işə çevrildi. Elə həmin vaxtdan orada böyük bir emalatxana açdıq. O gündən bu vaxta kimi işləyirik.
– İlk düzətdiyiniz kamança neçə simdən ibarət idi?
-17 il bundan əvvəl mən 5 simli kamança düzətdim. Həmin kamançanı rəhmətlik Ədalət Vəzirova da göstərdim. Yavaş-yavaş böyüdük
 
– Yəni, zaman keçdikçə kamança musiqi aləti təkmilləşdi?
-Bəli, həm də kamança musiqi alətinin növləri çoxaldı. Hər bir ölçüdə kamançalar var. Biz bu məsələdə qərb olaraq düşünmürük. Biz kamança deyəndə muğamatda hansından çox işlədə bilərik deyə yaratmağa çalışdıq. Bu gün də ustalar bizim kamçalardan yararlanırlar. Sən elə bir kamança düzəldəcən ki, bunu musiqiçi çox rahatlıqla ifa etsin. Kamançada elə akustika əldə edərsən ki, gözəldir, amma baxırsan ki, çalınmır. Skripka musiqi aləti çox gözəldir, amma kamança kimi çala bilməzsən. Çünki o çiynin üstündə çalınır.
 
– Kamança hansı ağacdan düzəlir?
– Qoz ağacından, tar tut ağacından düzəlir deyirlər. Bu çox yalnış deyim. Bu İran da daxil olmaqla çox bölgələrdə var.
 
– Əslində, nədən istehsal olunur?
– Bütün ağaclar və onların ağırlığı fərqlidir. Məsələn, qoz ağacından bəhs etsək, Azərbaycanda bunun 15 növü var. Elə qoz ağacı var açıq, eləsi də var ki, tünd rəngdədir. Onların ağırlığı da bir-birinə bənzəmir. Musiqi aləti onun içindəki oyumlardan düzəlir. Bütün dünyada skripka, kontrabas ağça ağacdan düzəlir. Bəzi yerlərdə buna kələbək deyirlər. Amma Azərbaycanda isə fərqli bir ağacdan istifadə edirlər.
 
– Bir kamança alətini düzətmək üçün nə kadar vaxt lazım?
– Belə bir şey yox. Yəni bu gün başladım, bu sabaha mütləq başa çatmalıdır. Təkçə çanağın yonulması 3-4 ay sürür. Onu bir az yonub gözləyirsən. Eyni şey sapda da təkrar edirsən. Bizim bu saat əlimizdə hardasa 200 bitmiş sap var. Əgər onun bir problemi çıxarsa onun üçün də geç birləşdiririk. Amma əvəllər belə deyildi. Düzəldirdilər, bir də baxırdılar ki, kamança sənin əlində əyilib. Musiqi alətini düzəldərkən gözləmək lazım. Çünki ağac özünü bulmalıdır. Əgər ağacı oyan zaman bayıra qoysan çatlar, əyilər.
 
– Bu onun ifa tərzinə təsir göstərir?
– Təbii. Kamançada hər şey makinalarda düzəldiyindən dəngəsi düz olur. Bu ifada da özünü göstərir.
 
– Bir kamança musiqi alətini düzətmək üçün nə qədər maliyyə vəsaiti lazım?
– Biz elə ağaclar var ki, onu Hindistandan gətiririk. Afrikadan gətirilib. Biz onların ağaclarını klo ilə alırıq. Hətta bəzən bu ağacları qramla alası oluruq. O üzdən kamançaların quruluşları bir-birinə bənzəmir. Çox fərqlidir. Bundan başqa hazırlanan kamançalara emalatxanalarda qiymət qoymaq çox çətindir. Elə emalatxana var ki, kamançanın bir yerini 3 saata hazırlayır. Amma biz deyiriki ki, bu, 8 saata hazırlansa, daha gözəl olar. O zaman da alətin satılma qiyməti artır.
 
– Emalatxanada antik kamancalar düzəlir? Əgər düzəlirsə onun qiyməti necəyə olur?
– Bizim emalatxanada istehsal olunan kamançaların ən aşağı qiymətləri 1200 dollardan başlayır. 5 min dollar isə ən yuxarı qiymətimizdir. Amma qiymət bizim üçün önəmli deyil. Elə dostlar var ki, onlar kamançalarını 50 min dollara satır.
 
– 5 və 50 minə satılan kamançaların fərqi nədir?
– 50 min dollara satılan kamançaların üstündə sədəflər, işləmələr var. Kamançada görünüş və əl işləmələri qiymətə təsir edir. Həmin kamançanı əl işləmələrindən əvvəl satışa çıxarsalar, qiyməti aşağı olacaq. Amma mən isə seçimi belə edərdim. Hansı kamança gözəl çalarsa, keyfiyyətlidirsə, mən onu alacam. Mənim üçün sədəfin önəmi yoxdur. Amma əntik kamançalarda kim istəsə biz həmin işləmələri edirik.
 
– Sizin istanbulda istehsal etdiyiniz kamança ilə Azərbaycanda düzələn kamançaların arasında fərq nədədir?
– Çox fərqlidir. Amma biz keyfiyyətli iş təhfil vermək istəyirik. Yani işləmələr bizlik deyil. Biz kamança düzəldib 500 manata satarıq. Amma biz ona getmirik. Həm də istəmirik ki, əlimiz belə işlərə öyrəşsin. Biz bu işi çox həsas edirik. Mən illərdir ki, kamança musiqi alətində həm çalıram, həm də düzəldirəm. Amma həmişə kamança düzəldəndə kiminsə fikirini də alırıq. Biz özümüz kamancaya çox şeylər əlavə etdik.
 
– Müəllim kimi kamançanın ifacılıq imkanlarını onu alanla başa salırsınız, yoxsa bu işə biznes kimi baxırsınız?
– Yox, əsla biznes kimi baxmırıq. Satışla bağlı başqa şəxslər maraqlanır. Mən isə bu işin mütəxəsisiyəm. Kimsə bununla bağlı nəsə soruşsa, mən düzünü deyirəm. Heç nə gizlətmirəm. Düzdür, texniki tərəfini açıqlamıram. Amma kamançanın bütün özəllyini olduğu kimi alana başa salıram. İmamyar Həsənov var, Azərbaycan kamançasını dünyada məşhur ifaçısı, Amerikada yaşayır. Biz bu yaxınlarda onunla bərabər duet şəkilində konsert verdik. O, bizim kamançaları çalır, artıq başqalarını istəsə də çala bilmir. Mənim iki işi birdən görməyim bu sənətə olan keyfiyyəti daha da artırır.
 
– İstanbulda kamança emalatxananızda ilə neçə nəfər çalışır?
– Üç.
 
– Bir ildə bu alətdən nə qədər düzəldə bilirsiniz?
– Bizim kamança düzəltməyimiz o qədər uzun çəkir ki… Deyə bilmərəm ki, bir ildə 100 dənə düzəldə bilərik. Yox, yalan olar. Bizim hər bir işimiz dəqiqdir. Buzdən kamança alan deyir ki, bunun içi çölündən daha təmizdir.
 
– Deyirsiniz ki, kamança musiqi alətini Xalq artisti Habil Əliyevdən öyrənmisiniz? Habil Əliyevlə görüşdünüzmü?
– Heç görüşmədik. İnşəallah, bu dəfə onunla görüşmək bizə nəsib olar. Habil Əliyev xəstədir. Əgər onunla görüşə bilməsəm, bu şansı qaçırdım deyə bilərəm. Onun bütün yaradıcılığından bəhrələndim. Hələ bu harasıdır, Azərbaycanın nə qədər ustaları var, hamısından bəhrələnə bildim. Rəhmətlik Elman Bədəlovu görmədim, amma o mənim ustadım olub. Onun ifasını dinlədikcə kamançanın texniki imkanlarını da öyrədim. Mühsin Qurbani var, o da bu sənətin usdadlarından biridir.
 
– Azərbaycan, İran və Türkiyə… Kamança bu üç ölkədən hansında çox çalınır?
– Hər üç ölkəni nəzərə alsaq fərq böyükdür. İsraildə isə daha böyükdür. Orada ifa olunan kamança Azərbaycana aiddir. Amerikada belə kamança çalırlar. Bütün dünyada Azərbaycan kamançası sevilir. Biz hansı bölgəyə kamançaların nə qədər satıldığını bilirik. Bu ölkələrin içndə kamança ən çox İsraildə çalınır. Azərbaycanın bütün muğamları bu alətdə ifa olunur.
 
-Azərbaycanda bu qədər muğama diqqət varkən kamança musiqi aləti az satılır?
– Bunun səbəbini siz tərəf deməlidir. Az satılır. Tar musiqi alətinə nisbətdə kamança az satılır. Çətin bir alətdir.
 
– Azərbaycana bu sənətin tədrisi üçün dərs deməyə gəlməyinizi planlaşdırırsınız?
– Dərs vermək, tələbə yetişdirmək üçün burda o qədər ustad var ki. Bizim onların biliyinin qarşılığında tələbə yetişdirməmiz zor olar.
– Həmin mütəxəsislər, yəni kaman ifaçıları bu musiqi alətini necə düzəldilməsini bilmirlər? 
– Artıq bu dəfələrlə qaldırılan məsələdir. Məni burda hər kəs tanıyır. İnternetlə yazışırıq, bu üzdən Bakıda qalmaq gərək deyil. Amma mən də çalışıram bundan sonra daha Bakıya sıx gəlim. Yaxından gəlməyin başqa ləzzəti var.
 
– Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi müsahibələrinin birində deyib ki, musiqi alətlərinin fabrikləri açılmalıdır?
– Həmin fabriki biz Azərbaycanda oturda bilərik. Dünyanın hər yerində makina ilə düzələn alətlərin qiymətləri aşağıdır. Amma əl ilə düzələn musiqi alətləri yüksək olur. Mənim düzətdiyim kamança heç kəsdə yox.

 

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

Previous Post

” Azərbaycan kamançası bütün dünyada sevilir” – Arslan Həzrəti

Next Post

Rasim Balayev “oğlundan” danışdı

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post

Rasim Balayev "oğlundan" danışdı

“İŞİD lideri amerikalıdır” – Şok

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.