"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“AzTV və İdman Azərbaycan oyunları ən yaxşı işıqlandıran kanallardır” – MÜNASİBƏT

17 İyun 2015 - 18:49
in MANŞET
FacebookVatsap

hV1q8jTjb1RRArzu Nağıyev: “Bunlar AzTV, İdman Azərbaycan telekanallarıdır”

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Tural Əliyev: “AzTV və İdman Azərbaycan kanallarının dünya əhəmiyyətli tədbiri işıqlandırması mühüm addımdır”

İlkin Ağayev: “Azərbaycan kanalları arasında AzTV və İdman Azərbaycan oyunları ən yaxşı işıqlandıran kanallardır”

Bu gün bütün dünyanın gözü Azərbaycandadır. 100 milyonlarla insan ölkələrində fəaliyyət göstərən televiziyalar vasitəsilə bu tarixi hadisənin şahidi olurlar. Bununla yanaşı idman tarixinə qızıl hərflərlə yazılmış ilk Avropa Oyunlarını Bakı-2015 saytında da canlı izləmək mümkündür.
400 milyondan artıq insan ilk Avropa Oyunlarını canlı yayımla izləyə biləcək. Tarixi hadisə 74 ölkədə yayımlanır.
Qeyd edək ki, Avropa Oyunlarına hazırlıq başlayandan telekanallar müvafiq müqavilələrin bağlanması üçün danışıqlar aparıblar.
İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın “RTV Sloveniya” və Portuqaliyanın “Sport TV” adlı ictimai televiziya şirkətləri Avropa Oyunlarını gün ərzində yayımlayır. Oyunlar Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən, ilk TV kanalı olan və pulsuz yayımlanan “Sportska Televizija” kanalında da hər gün 10 saat ərzində yayımlanır.
Avropa Oyunları məşhur “Sky Sport” idman kanalı vasitəsilə də canlı yayımlanır. Kanalın auditoriyası bütün dünyanı əhatə edir. Yunanıstanda əsas ictimai yayım təminatçısı olan NERIT televiziya və onlayn platformaları vasitəsilə Oyunların gündəlik olaraq canlı yayımı təmin edilib. Açılış mərasimi kimi bağlanış mərasimi də burada birbaşa yayımlanacaq.
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan “Yle” də həmçinin gündəlik yarışların canlı yayımını təmin edir. Stansiya yerli yayım şirkəti olan “İnternational Sports Broadcasting”in vebsayt və rəqəmsal platformaları vasitəsilə də Oyunların 800 saatlıq canlı yayımını təmin edib.
Almaniyanın “Sport 1” kanalı isə ilk Avropa Oyunlarına xüsusi ilə hazırlaşıb. Kanal indiyə qədər də yarışlarla bağlı çoxsaylı videomateriallar yayımlayıb. Bu gündən etibarən Avropa Oyunlarına diqqət daha da artırılıb. Kanal yaydığı məlumata görə alman hökuməti qalib gələcək idmançılara yüksək məbləğli pul mükafatı da vəd edib.
Çinin Mərkəzi Televiziyası da Avropa Oyunlarını ölkə ərazisində yayımlayır. Təxminən 1 milyardan çox tamaşaçı auditoriyası olan televiziya stansiyası vasitəsilə Oyunların açılış mərasimi və yarışlar kimi bağlanış mərasimi də nümayiş olunacaq.
Təbii ki yarışların effektli yayımlanmasında daha çox Azərbaycan televiziyaları səy göstərməlidir. Tamaşaçılar televiziyalarımızın yarışları işılandırmasından razıdırmı? Hansı kanal daha yaxşı reportajlar hazırlayır?
Politoloq Arzu Nağıyev bildirdi ki, canlı yayım ixtiyarı olanlar yarışları daha yaxşı işıqlandıdrır: “Bunlar AzTV, İdman Azərbaycan telekanallarıdır. Ümumiyyətlə, demək olar ki, bütün TV-lər imkanları daxilində bunu edirlər. Sırasalaq-İctimai TV, Region TV, Lider, ANS və sair…”.
Politoloq Tural Əliyev “əvvəla onu qeyd edək ki I Avropa Oyunlarının Bakıda keçirilməsi böyük idman tədbiridir”, – deyə diqqətə çatdırdı: “Birinci növbədə Azərbaycanın təşkilatçılığını bütün dünyaya göstərdi. Açılışdan tutmuş yarışların keçirildiyi meydanlara qədər. İkinci növbədə təşkilatçılığın məsuliyyəti televziya kanallarının üzərində böyükdür. Çünki,insanların böyük bir qismi TV-lər vasitəsi ilə izləyir. Zənnimcə, bu yarışların yayım hüququnu alan AzTV və İdman Azərbaycan kanalının dünya əhəmiyyətli tədbiri işıqlandırması mühüm addımdır. Təcrübə baxımından da önəmlidir. Bəzən baş verən qüsurları başa düşmək lazımdır. Tədbir bizim ölkəmizdə keçirilir. Uğuru da, qüsuru da bizimdir. O baxımından gələcəkdə keçirilən mühüm tədbirlər üçün vacib addım idi. Texniki təchizat və birbaşa yayımlanan yarışlar yaxşı təşkil olunub. Bu sadəcə başlanğıcdır. Orda çalışan insanların əməyini qiymətləndirmək lazımdır. Ancaq unutmamlıyıq ki, televizya kanallarının üzərinə düşən vəzifələr az deyil. İki amil bu tipli tədbirləri tanıdır. Birincisi təşkilatçılıq. İdman arenalarının müasir standartlara cavab verməsi və idmançıların yerləşdirilməsi,ikincisi idman arenlarından yüksək səviyyədə birbaşa yayımlamaq. Hər ikisi paralel təşkil olunmalıdır. Birinin zəifliyi və ya qüsuru digərinə da təsir edir. Bu cür məsuliyyətli işi yerli kanallara həvalə edilməsi təqdirə layiqdir. Çünki, gələcəkdə ölkəmiz daha iri tədbirlərin keçirilməsində iddialıdır. Öz üzərində çalışmaq və yüksək peşakarlıq bu işin əsas mahiyyətidir. Digər tanınmış kanalların da təcrübəsindən bəhrələnməlidirlər. Gəlin yerli TV-lərimizə işlərində uğurlar arzu edək. Fürsətdən istifadə edib, Azərbaycan xalqını böyük idman tədbiri ilə bağlı təbrik edir, idmançılarımıza uğurlar arzu edirəm”.
Jurnalist İlkin Ağayev dedi ki, Azərbaycan kanalları arasında AzTV və İdman Azərbaycan oyunları ən yaxşı işıqlandıran kanallardır. Ümumilikdə digər kanalların da yayımlarını qənaətbəxş hesab etmək olar”.

Previous Post

“AzTV və İdman Azərbaycan oyunları ən yaxşı işıqlandıran kanallardır” – MÜNASİBƏT

Next Post

PKK-ya qoşulan azərbaycanlı tələbələr kimlərdir?

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post

PKK-ya qoşulan azərbaycanlı tələbələr kimlərdir?

PKK-ya qoşulan azərbaycanlı tələbələr kimlərdir?

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.