"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Azercell” 2017-ci ilin yekunlarını açıqladı

28 Fevral 2018 - 17:47
in CƏMİYYƏT
FacebookVatsap
"Azercell" 2017-ci ilin yekunlarını açıqladı
Azercell Telekom MMC Azərbaycan rabitə bazarının lider mobil operatoru olaraq ölkədə fəaliyyətini uğurla davam etdirir. Bu barədə şirkətin 2017-ci ilin nəticələrinə dair mətbuat üçün illik hesabatında ətraflı məlumat təqdim olundu.
Azərbaycanın mobil rabitə sektorunda 48.2% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in mobil xidmətlərinə üstünlük verir.

Maliyyə göstəriciləri

Azercell şirkəti tərəfindən 2017-ci ildə dövlət büdcəsinə 179,7 milyon manat, 21 il ərzində isə dövlət büdcəsinə 1 milyard 637,5 milyon manat vergi ödənildi. Lider mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2017-ci ildə 41 milyon 837 min 259 manat, 1996-2017 illər ərzində 1 milyard 467 milyon 779 min 40 ABŞ dolları sərmayə yatırdı.

Bunu da oxuyun

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

Sabah 40 dərəcə isti olacaq

Şəbəkə

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeronyarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. 2017-ci ildə Azercellabunəçilərinin xidmətində olan ümumi Radio Baza Stansiyalarının sayı 5506-ya bərabər idi: 2G və 3G 4957; 4G stansiyaları- 549. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.

Müştəri fokusda

Müştəri məmnuniyyətini hər zaman öndə tutan Azercell Telekom ölkədə Müştəri Loyallığını ölçən ilk şirkətdir. Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksi olan NPS qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq 63% göstərici toplamışdır. Müştəri Məmnuniyyəti Sorğusunda isə Azercell-in əldə etdiyi nəticə 81% -ə bərabər oldu. Qeyd edək ki, hər iki rəqəm beynəlxalq standartlara görə yüksək göstəricidir.
Səmərəli Müştəri Xidmətləri fəaliyyətinə görə Azercell beynəlxalq keyfiyyətin idarəolunması standartı üzrə ISO sertifikatlarını yenilədi:
• ISO 18295-1:2017 müştərinin təmas nöqtələrində xidmət tələblərinə gözlənilən və gözləniləndən üstün səviyyədə uyğunluq
• ISO 10002:2014 Müştəri şikayətlərinin həllinin idarəedilməsi

Sosial şəbəkələr vasitəsilə müştərilərin sorğularını ən operativ cavablamaya görə AzercellSocialbakers şirkətinin ölkə üzrə yeganə 100% göstərici ilə “Socially Devoted” sertifikatlarına layiq görüldü.
Azercell-in korporativ müştərilərinə göstərdiyi yüksək xidmət və unikal təkliflər nəticəsində 2017-ci ildə 1 400-dən artıq yeni şirkət öz rabitəsini Azercell-ə etibar edərək, onun korporativ müştəriləri sırasına qoşuldu.

Azercell 2017-ci ildə yeni konsepsiyalı “Azercell Eksklüziv” mağazalarını abunəçilərin istifadəsinə verdi. Müştərilərə bir məkanda müxtəlif növ xidmət təqdim edən, rahat seçim etmək imkanı verən, Nordic konsepsiyasına uyğun olaraq qurulmuş yeni mağazalar Bakı, Xırdalan, Quba, Xaçmaz şəhərlərində açıldı.

Azercell 2017-ci ildə keçirdiyi sərfəli və güzəştli kampaniyalar ilə də abunəçilərini sevindirdi. iPhone cihazlarının Azərbaycanda yeganə rəsmi təqdimatçısı olan AzercellTelekom-un təklif etdiyi kampaniyalar nəticəsində abunəçilər iPhone smartfonlarına sahib olmaqla yanaşı, sərfəli “Hədsiz” tarif paketindən yararlanmaq imkanı da qazandılar. Nəticədə, Azercell abunəçiləri arasında smartfon penetrasiyası 20% artdı.

Məhsul və xidmətlər

Azərbaycanın rabitə bazarına innovativ yeniliklər və müasir xidmətlər gətirən Azercell ötən il də bu sahədə fərqlənib. Ölkəmizdə ilk dəfə “Virtual ATS” xidmətini istifadəyə verməklə Azercell şirkətlərə rabitənin yeni səviyyəsindən yararlanmaq imkanı yaradıb. Bu həll şirkətlərə mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. “Virtual ATS” xidmətilə şirkətlər daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır.

Azercell 2017-ci ildə “Azercell Plus” çətiri altında əlavə xidmətləri ilə də abunəçilərini sevindirdi. Burada təqdim olunan xidmətlərin hamısı müştərilərin rahatlığı üçün bir yerdə toplanıb və müxtəlif kateqoriyalara bölünüb. Belə ki, “Azercell Plus” xidmətləri vasitəsilə istənilən zaman və yerdə musiqi dinləmək və video izləmək, müxtəlif dillərdə kitab oxumaq, cihazların müdafiəsini təmin etmək, mobil cihazların təhlükəsizliyini və uşaqların İnternetdə keçirdiyi vaxtı idarə etmək mümkündür.

Azercell Telekom bazarının ən son yeniliklərini baş sponsoru olduğu Bakutel Telekommunikasiya sərgisində də abunəçilərinə təqdim etdi. Azercell özünün əsas texniki tərəfdaşı Ericsson şirkəti ilə birgə simsiz rabitənin imkanlarını genişləndirmək məqsədilə ölkədə VoLTE xidmətini sınaqdan keçirən ilk şirkət oldu. Nəzərinizə çatdıraq ki, VoLTE texnologiyası 4G (LTE) şəbəkəsi vasitəsilə səsli zənglər həyata keçirməyə və abunəçilərə ən yüksək keyfiyyətli (HD) səsli və video zəng xidmətlərindən faydalanmağa imkan verir. Bundan əlavə “Bulud” texnologiyaları”, “Smart parking” “Connected cube” adlı texnoloji həllər də Azercell-in nümayiş etdirdiyi yeniliklər sırasında oldu.

Sosial məsuliyyət

Fəaliyyət göstərdiyi 21 ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ötən il də ənənəsinə sadiq qaldı. 2017-ci ildə şirkət ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, sahibkarlığın, insan qaynaqlarının inkişafına ümumilikdə 1 milyon 800 min manat, 1996-2017-ci illər ərzində isə 18 milyon 718 min 649,12 ABŞ dolları həcmində vəsait sərf edib.

-İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verərək Azercell Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimləri həyata keçirir. Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə birgə əməkdaşlıqda “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda keçən təlimlər inkişaf edən texnologiyalar aləmində uşaq və valideynlərin müxtəlif təhlükələrdən necə müdafiə olunmasından ətraflı söhbət açır.

–Azercell-in Barama İnnovasiya və Sahibkarlıq mərkəzi gənc startaplara dəstək olmaqda davam edir. İl ərzində 80 tədbir – texnoloji, qrup çalışmaları, forumlar, təlimlər, görüşlər, müsabiqələr, sosial və mədəniyyətlə bağlı layihələr keçirildi. Regionlarda və Bakıda Baramanın 4 yeni filialı açıldı, 5 beynəlxalq tədbir və 20 startap layihəsinin inkubasiyası keçirildi.

– 2017-ci ildə toplan 25 tələbə Azercell-in fəxri təqaüdçüsü adını qazandı. Yay təcrübə proqramında iştirak etmiş 24 tələbədən 2-si Azercell-də ştat işçisi kimi işə alındı. ITECA və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12-ci Beynəlxalq Karyera Sərgisində Azercell ən çox ziyarət edilən stend sertifikatını qazandı.

– Ölkədə kadrların peşəkarlığını artıran Azercell Akademiyası İl ərzində Azercell daxilində və müxtəlif şirkətlər üçün toplam 118 təlim sessiyası təşkil etdi.
– 2014-cü ildən etibarən Azercell Azərbaycan Uşaq Paralimpiya Komitəsində sağlamlıq imkanları məhdud uşaqların məşq etməsinə dəstək verir. 2017-ci ildə Uşaq Paralimpiya İdman Oyunlarında 8 regiondan 111 uşaq 7 idman növündə 19 medal uğrunda mübarizə apardı. Gənc paralimpiyaçılar il boyu ölkəni müxtəlif beynəlxalq yarışlarında yüksək səviyyədə təmsil edib mükafatlar qazandı.

– 2017-ci il ərzində Azercell-in Mobil Göz Klinikasının kimsəsiz uşaqlar, qocalar, az təminatlı ailələr üçün təşkil etdiyi pulsuz müayinələrdən 1426 nəfər keçdi.

– Azercell-in yaratdığı Mobil Diş Klinikası isə ümumilikdə Bakı və Abşeronda 775 nəfəri pulsuz diş müayinəsi və müalicəsi ilə təmin etdi.

–Azercell -in dəstəyi, Ümidli Gələcək İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan Uşaq Qaynar Xətti xidməti uşaq hüquqlarının qorunmasına, onların qayğısına və rifahına yönəlik layihələrindən biridir. 2017-ci ildə Azercell-in təşəbbüsü ilə Uşaq Qaynar Xətti xidmətinin mobil əlavəsi istifadəyə verildi. İl ərzində xidmətə ümumilikdə 3424 müraciət daxil oldu.

– KİV-lə əməkdaşlığı həmişə ön planda olan şirkət jurnalistlər üçün 2009-cu ildən təşkil etdiyi ingilis dili kurslarını ötən il onlayn formada aparıb. İl ərzində 50- dən çox jurnalist bu kursa qatılmaq imkanı qazandı.

-Bütün bunlardan əlavə, Azercell-in sosial dəstək məqsədilə yaratdığı güzəştli Veteran kampaniyası çərçivəsində veteranlar hər ay ümumilikdə 60 min manat civarında bonus alırlar. Jurnalistlər üçün yaradılmış MediaCell tarif paketində isə media əməkdaşlarına Azercell-dən hər ay 20 min manat dəyərində bonus təqdim olunur.

Ölkədə gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyan Azercell Telekom “Gənclər kitab oxuyur” adlı layihə çərçivəsində “Starbucks” Azərbaycan kafelərində oxu günləri təşkil etdi.

Azercell tərəfindən həyata keçirilən bütün bu işlər yerli və beynəlxalq qurumların diqqətindən kənarda qalmadı və şirkət ötən il beynəlxalq və yerli ödüllərə layiq görüldü. Azercell Telekom “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında milli bazar və beynəlxalq reytinqdə güclü mövqeyinə, müasir idarəetmə texnologiyalarının uğurla həyata keçirilməsinə, əməkdaşların yüksək hazırlıq səviyyəsinə və səmərəli marketinq strategiyasına görə İsveçrədə xüsusi ödülə layiq görüldü. Şirkət prezidenti Vahid Mürsəliyev Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi mükafatlandırılıb, qızıl medalla təltif olundu.

Bütün bu və burada qeyd olunmayan digər çoxsaylı göstəricilər Azercell Telekom MMC-nin nailiyyətlər və uğurlarla dolu bir ili geridə qoyduğunu bildirməyə əsas verir. Ölkənin lider mobil operatoru Azercell Telekom, yeni ildə də müştərilərini güvənli və yüksək keyfiyyətli rabitə ilə təmin etmək, sürətli Mobil İnterneti hamı üçün əlçatan etmək, xidmət səviyyəsini daim yüksək saxlamaq, bazara yeni innovativ həllər və yeni texnologiyalar gətirməklə öz fəaliyyətini davam etdirəcək.

Previous Post

Erməni silahlı bölmələri fevralda atəşkəsi 3 423 dəfə pozub

Next Post

MTN-in şöbə rəisinin cəzası AZALDILDI – 12 ildən 5 ilə

Bənzər yazılar

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49

Cari il üçün təsdiq olunmuş fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi...

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Elchi.az...

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

08 Avqust 2026 - 12:19

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55

Fövqəladə Hallar Nazirliyi (FHN) gəncləri fövqəladə hallarda kömək etmək üçün könüllü proqramına çağırır. Elchi.az xəbər verir ki, təhsilindən asılı olmayaraq...

Next Post
MTN-in şöbə rəisinin cəzası AZALDILDI – 12 ildən 5 ilə

MTN-in şöbə rəisinin cəzası AZALDILDI – 12 ildən 5 ilə

MTN-in şöbə rəisinin cəzası AZALDILDI – 12 ildən 5 ilə

MTN-in şöbə rəisinin cəzası AZALDILDI – 12 ildən 5 ilə

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.