Bu gündən Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib.
ONA-nın məlumatına görə, Nazirlər Kabinetinin 6 aprel 2018-ci il tarixli qərarına əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar gömrük rüsumu tətbiq edilib.
Qeyd edək ki, Nazirlər Kabineti daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar, 31 may 2019-cu il tarixədək həm 1 kiloqram soğanın, həm də 1 kiloqram kələmin ixracına 2 dollar gömrük rüsumu tətbiq etmişdi.
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər
Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Elchi.az xəbər verir ki, bunu mətbuat...





















Son şərhlər