Azərbaycanda yeni dövlət qurumu yaradılır

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Azərbaycanda yeni dövlət qurumu yaradılır

Yaxın vaxtlarda Azərbaycanda yeni dövlət qurumunun – Qida Təhlükəsizliyi Agentliyinin yaradılması gözlənilir.

Elchi.az xəbər verir ki, bu barədə fins.az-a hökumətdən bildirilib.

Məlumatda qeyd edilir ki, hazırda yeni qurumun yaradılmasının detalları – onun hansı qurumların bazasında yaradılacağı və əhatə edəcəyi funksiyalar müzakirə edilir.

İlkin məlumatlara görə, Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji xidmətinin, Standartlaşdırma Komitəsinin müvafiq strutkurlarının və Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin bazasında yaradılacaq.

Bu dəyişikliyin son vaxtlar Azərbaycanda dövlət qurumlarında islahatların aparılması və idarəetmənin təkmilləşdirilməsi tədbirləri çərçivəsində aparıldığı bildirilir.

Bənzər yazılar

Next Post

Son xəbərlər