"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycanda Kredit Zəmanət Fondu yaradılır

15 Sentyabr 2017 - 11:22
in MANŞET, SİYASƏT MANŞET
FacebookVatsap

Prezident İlham Əliyev Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Bunu da oxuyun

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

Azərbaycanda qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlətin iqtisadi siyasətinin başlıca hədəfidir. Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, makroiqtisadi və maliyyə sabitliyi bərqərar edilib, ticarət balansında müsbət saldo bərpa olunub və valyuta ehtiyatları əhəmiyyətli miqdarda artıb.

Manatın sabitləşməsi, inflyasiyanın nəzarətə götürülməsi və strateji valyuta ehtiyatlarının artması eyni zamanda sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasını, real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunmasını, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsini, bununla da əks-dollarlaşmanın stimullaşdırılmasını əsas vəzifələrdən biri kimi qarşıya qoyub.

Qeyd olunan vəzifələrin icrası növbəti dövrlərdə də ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrini müasirləşdirmək, genişləndirmək və səmərəliliyini artırmaq məqsədilə kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını zəruri edir. Xüsusilə investisiya layihələrində risklərin tərəflər arasında bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi və beləliklə sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması xüsusi aktuallıq kəsb edir.

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilib.

Dövlət başçısı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanının tətbiqi ilə əlaqədar sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə qərara alıb:

1. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılsın.

2. Müəyyən edilir ki:

2.1. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir;

2.2. Cəmiyyətdə ictimai əsaslarla fəaliyyət göstərən və 7 nəfərdən ibarət Müşahidə Şurası, habelə Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyəti yaradılır;

2.3. Cəmiyyətin Müşahidə Şurası Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Maliyyə Nazirliyinin (1 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Mərkəzi Bankının (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Neft Fondunun (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır;

2.4. Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl qaydada Müşahidə Şurasının sədrini seçirlər. Sədrin səlahiyyət müddəti 1 ildir və o, ardıcıllıq nəzərə alınmaqla növbəti müddətlərə yenidən seçilə bilər.

3. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Prezidentinə:

3.1.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.1.2. Cəmiyyətin İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.2. Cəmiyyətin Müşahidə Şurasına:

3.2.1. bu fərmanın 3.1.2-ci yarımbəndi nəzərə alınmaqla, İdarə Heyəti sədrinin təqdimatı əsasında İdarə Heyətinin digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.3. Nazirlər Kabinetinə:

3.3.1. bu fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər, habelə Azərbaycan Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Mülki Məcəllə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Bu fərmanın 5-ci hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri

Kamil Heydərov – Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri

İşçi qrupun üzvləri

Asif Qasımov – Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinin direktoru

Asim Zülfüqarov – Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru

Samir Hümbətov – Sahibkarlığa Kömək Milli Fondunun Sahibkarlığın inkişafı şöbəsinin müdiri

Xalid Əhədov – “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Cəlal Qasımov –“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Nuran Kərimov –“Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin idarəedici partnyoru

Vüqar Əliyev – “KPMG Audit Azərbaycan”Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru.

5. İşçi qrupa tapşırılsın ki, bir ay müddətində aşağıdakıları hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin:

5.1. Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı barədə təkliflərini;

5.2. beynəlxalq təcrübə nəzərə alınmaqla:

5.2.1. sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi qaydasının layihəsini;

5.2.2. sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi halları və qaydasının layihəsini;

5.3. risklərin azaldılması məqsədilə kredit reytinq sisteminin tətbiqini müəyyənləşdirən qaydanın layihəsini və digər risk menecmenti alətlərinin tətbiqinə dair təkliflərini;

5.4. Cəmiyyətin vəzifələrini həyata keçirməsi üçün zəruri olan digər normativ hüquqi aktlar, o cümlədən mövcud normativ hüquqi aktlarda dəyişikliklər barədə təkliflərini.

6. Bu fərmanın 5-ci hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün İşçi qrup tərəfindən xarici və yerli ekspertlər cəlb edilə bilər.

7. Bu fərmanın 5.2.1-ci yarımbəndinə uyğun olaraq hazırlanacaq qaydanın layihəsində, o cümlədən aşağıdakı məsələlər öz əksini tapsın:

7.1. kredit təminatı məhsullarından faydalanacaq benefisiarlar (kiçik, orta və ya iri sahibkarlar, o cümlədən yeni fəaliyyətə başlayan sahibkarlar) və təminat veriləcək layihələrin iqtisadiyyatın hansı sektoruna aid olması;

7.2. təminat veriləcək kreditlərin maksimum dəyəri və müddəti;

7.3. Cəmiyyət, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri;

7.4. müvəkkil banklara verilən kredit təminatının maksimum limiti və bir müvəkkil bank üzrə limitin müəyyənləşdirilməsi mexanizmləri;

7.5. Cəmiyyət tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə maksimum nisbəti, habelə verilmiş təminatın kredit məbləğinə nisbətinin müəyyənləşdirilməsi mexanizmləri;

7.6. bir sahibkar üzrə verilən təminatın yuxarı həddinin müəyyənləşdirilməsi mexanizmləri;

7.7. Cəmiyyət tərəfindən təminat verilməsinə görə xidmət haqqının müəyyənləşdirilməsi mexanizmləri.

8. Nazirlər Kabineti:

8.1. Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

8.2. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

8.4. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə üç ay müddətində onun müvafiq inzibati bina ilə təmin olunması üçün tədbirlər görsün;

8.5. bu fərmanın 6-cı hissəsində nəzərdə tutulmuş hallarda İşçi qrupun müraciəti əsasında maliyyələşdirməni təmin etsin;

8.6. Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

10. Bu fərmanın 2.3-cü bəndində nəzərdə tutulan dövlət orqanları və qurumları Cəmiyyətin Müşahidə Şurasında təmsil olunacaq nümayəndələri barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinin Administrasiyasına təqdim etsinlər.

Previous Post

Azərbaycanda Kredit Zəmanət Fondu yaradılır

Next Post

Aşıq Ədalətin nəşi Qazaxa yola salındı

Bənzər yazılar

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16

İranın ABŞ tərəfindən istifadə edilən Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlamasından sonra, Britaniya hökuməti özünü 24 saat müdafiə etməyə...

“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

24 İyul 2026 - 10:17

ABŞ-da cəfəri, keşniş və kahı kimi təzə göyərtilərlə əlaqəli olan Siklospora parazit xəstəliyi artmaqdadır. Səhiyyə rəsmiləri laboratoriyada təsdiqlənmiş halların sayının...

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul 2026 - 23:28

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir. Elchi.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Next Post

Aşıq Ədalətin nəşi Qazaxa yola salındı

Aşıq Ədalətin nəşi Qazaxa yola salındı

Son xəbərlər

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

25 İyul 2026 - 16:38
Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

25 İyul 2026 - 16:24
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

25 İyul 2026 - 15:56
İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

25 İyul 2026 - 15:41
İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

25 İyul 2026 - 15:13
Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

25 İyul 2026 - 14:52
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

25 İyul 2026 - 14:49
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

25 İyul 2026 - 14:47
Bakıda bağlı qapı arxasında qalan uşaq xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaq xilas edildi

25 İyul 2026 - 14:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.