"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda `Honkonq qripi` tüğyan edir

10 Yanvar 2017 - 19:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Son aylar ölkə əhalisi arasında sürətlə yayılan qrip virusu ciddi təşviş yaradıb.

Bunu da oxuyun

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva əhali arasında yayılan bu kəskin virusun A tipli H3N2 qripi olduğunu deyib.

Bəs H3N2 qrip virusu nədir? Əlamətləri və doğurduğu təhlükə hansılardır?

V.Axundov adına Elmi -Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova Lent.az-a bildirib ki, ümumiyyətlə qrip virusları dəyişkən viruslardır. Hazırda dünyada insanlar arasında dövr edən qrip virusları A(H1N1) və A(H3N2) adlanır.

Burada H “hemaqqlyutinin”, N isə “neyraminidaza” sözünün qısalmasıdır. Bunlar virusun üzərində olan, onun antigen xüsusiyyətini təmin edən reseptoplardır. Və bunların dəyişməsinin nəticəsində qrip virusunun yeni müxtəlif variantları əmələ gəlir.

H. Qədirovanın sözlərinə görə, H3N2 virusu hazırda dünyada dövr edən viruslardan biridir və 1968-69-cu illərdə pandemiya törətmişdi: “Bu qrip virusuna “Honkonq qripi” də deyilir: “Ötən il H1N1 ( “İspan qripi”) virusu daha geniş yayılmışdı. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə isə, 2016-cı ilin sonu və bu ilin əvvəllərində Avropa ölkələrinin əksəriyyətində H3N2 virusu H1N1-dən daha çox yayılıb. Müxtəlif ölkələrdə xəstələnənlər arasında bu virusun üstünlük təşkil etməsi qeyd olunur.

Ümumiyyətlə H3N2 virusu daha yüngül xəstəlik törədir. Ağır pandemiya məhz o biri viruslarla bağlı yaşanır. Hazırda əhali arasında sürətlə yayılmış bu xəstəlik yüngül keçən mövsümi qrip xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada böyüklərin təxminən 5-10, uşaqların isə 20-30%-i mövsümi qripə tutulur”.

H3N2 virusunun törətdiyi xəstəliyin əlamətlərini sadalayan H.Qədirova bildirib ki, xəstələr əsasən zəiflikdən, 38 dərəcədən yüksək hərarət, titrəmə, baş, göz, boğaz, əzələ və oynaq ağrısından şikayət edirlər, bunlarla yanaşı, halsızlıq, yuxarı tənəffüs yollarının iltihabı, boğazda yanma, öskürək və zökəm kimi şikayətlər də ola bilər. Bəzi hallarda isə ürək bulanma və qusma kimi hallar da yaşanır.

H.Qədirova vurğulayıb ki, bu əlamətlər müşahidə edilən şəxs mütləq yataq rejimində olmalıdır: “Həmin şəxs mütləq ayrıca otaqda, yataq şəraitində qalmalı, evdən çıxmamalıdır. Otağın havası tez-tez dəyişdirilməlidir. Onun istifadə etdiyi birdəfəlik salfetlər ayrıca sellofan torbaya yığılıb zərərsizləşdirilməlidir. Xəstəyə çoxlu maye – su, kompot, itburnu çayı içirmək lazımdır. Çünki bu virusun orqanizmdən çıxması üçün bol maye qəbulu zəruridir. Bundan başqa, Oseltamivir (Tamiflu) və Zanamivir (Relenza) kimi virus əleyhinə dərmanlar bu qripə qarşı daha effektivdir. Bu dərman preparatları uşaqlar üçün də istifadə edilə bilər, hər yaş üçün uyğun dozası var.

Qripin ən təhlükəli xüsusiyyəti onun fəsadlarıdır. H3N2 qrip virusunun ən ağır fəsadı ağciyər pnevmoniyası, ağciyər çatışmazlığı, meningit və qulaq iltihabıdır. Belə ağır fəsadlaşmalar olduğu halda isə evə həkim çağırılmalı, xəstə mütləq müalicə olunmalıdır. Və həkimin məsləhəti ilə antibiotik müalicəsinə başlamaq olar”.

Adı çəkilən H3N2 qrip virusuna qarşı vaksinin mövcud olduğunu xatırladan H. Qədirova bildirib ki, xəstəliyin yayılma təhlükəsi yarananda vaksinasiya etmək lazımdır: “Tam müdafiə etməsə də, xeyli qoruyur. Bu vaksin həm H1N1, həm H3N2 , üstəlik digər qrip viruslarına qarşı istifadə edilə bilər. Payız mövsümündə, oktyabr-noyabr aylarından vaksini vurdurmaq lazımdır. Bilirsiniz ki, immunitetin əmələ gəlməsi üçün bir-iki həftə vaxt lazımdır. Sadaladığımız əlamətlər qripəbənzər kəskin respirator virus infeksiyaları, eləcə də adenavirus zamanı da yaşana bilər. Buna görə də xəstəliyin qrip olduğunu dəqiqləşdirmək üçün diaqnostika üsulları ilə virusoloji diaqnoz qoyulmalıdır”.

2 nəfərdə H3N2 qrip virusu aşkarlanıb

Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Lent.az-a açıqlamasında deyib ki, oktyabr ayından bu günə qədər Respublika Taun Əleyhinə Stansiyasına tibb müəssisələrindən 165 yaxma nümunəsi daxil olub.

R. İsmayılova bildirib ki, daxil olan nümunələrin laborator müayinəsi zamanı paraqrip, adenavirus, kəskin respirator viruslar aşkarlanıb: “İki nəfərdən götürülmüş yaxma nümunəsində isə H3N2 qrip virusu aşkarlanıb. Həmin şəxslərdə kliniki əlamətlər yüngül keçdiyi üçün onlar qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə təşkil olunmuş xüsusi palatalara yerləşdirilmədilər. Müalicə təyin olundu və artıq sağalıblar”.

R.İsmayılova əlavə edib ki, hazırda qriplə bağlı əhali arasında nəzarət ciddi aparılır və ölkədə qrip xəstəliyi epidemik həddi keçməyib: “Qriplə bağlı epidemioloji durum sabitdir. Epidemik həddən çox aşağıdır”.

Səhiyyə Nazirliyi: Panikaya əsas yoxdur

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov açıqlamasında deyib ki, əhali arasında yayılmış xəstəlik mövsümi qripdir və təşvişə gərək yoxdur. V.Qasımovun sözlərinə görə, hər il olduğu kimi bu il də mövsümi qriplə bağlı artım müşahidə olunur: “Keçən il bundan da çox mövsümi qripə yoluxma halı qeydə alınmışdı. Azərbaycanda hələ ki, epidemioloji hədd keçilməyib. Xəstələnmə epidemioloji həddən aşağıdır. Maksimum həddə çatanda artıq başqa tədbirlər görüləcək. Məktəblər, iş yerləri bağlanacaq. hazırda həmin vəziyyətə çatmamışıq. Ölkədə epidemioloji hal elan edilməsi üçün epidemik həddin hesablanma düsturu var ki, bu Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə hesablanır. Hazırda ölkədə epidemioloji durum sabitdir və daim nəzarətdədir. Hələlik respublikada bu məsələ ilə bağlı problem yaşanmır”.

Əhali arasında qripdən ölənlərin olması ilə bağlı yayılan fikirlərə münasibət bildirən V. Qasımov deyib ki, bu fikirlər həqiqətə uyğun deyil: “ Əgər ölüm halı olubsa, bunu gizlətmək olmaz axı. Belə bir şey yoxdur. Səhiyyə Nazirliyi bir daha bildirir ki, bəli, bu il mövsümi qriplə bağlı artım var və lazımı tədbirlər görülür”.

V.Qasımov son olaraq əhalinin nəzərinə çatdırıb ki, xəstə olanda mütləq tibb müəssisələrinə müraciət etsinlər: “ Xəstə olan kimi dərhal bilib-bilmədən aptekə qaçmayın. Ailədə, qonşuda, qohumda xəstə varsa, təkidlə onu həkimə aparın”.

Previous Post

Azərbaycanda `Honkonq qripi` tüğyan edir

Next Post

`Maaş və pensiyalar yenə artmalıdır` – Prezident

Bənzər yazılar

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51

Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək. Elci.az IRIB-yə istinadən xəbər verir ki,...

Next Post

`Maaş və pensiyalar yenə artmalıdır` - Prezident

`Maaş və pensiyalar yenə artmalıdır` - Prezident

Son xəbərlər

Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

21 Oktyabr 2026 - 11:55
Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

21 Oktyabr 2026 - 11:49
Mllli Məclisdə konfrans keçirilir

Mllli Məclisdə konfrans keçirilir

21 Oktyabr 2026 - 11:36
Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ordubada qar yağıb – FAKTİKİ HAVA

21 Oktyabr 2026 - 11:28
Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

21 Oktyabr 2026 - 11:17
Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

21 Oktyabr 2026 - 11:04
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51
Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

21 Oktyabr 2026 - 10:42
Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

21 Oktyabr 2026 - 10:35
Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

21 Oktyabr 2026 - 10:27
Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

21 Oktyabr 2026 - 10:18
Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

21 Oktyabr 2026 - 10:06
Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

21 Oktyabr 2026 - 09:58
Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

21 Oktyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

21 Oktyabr 2026 - 09:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.