Prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının vəzifəyə gəldiyi vaxtdan bəri 300 000-dən çox vizanı ləğv etdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Konsulluq məsələləri üzrə Dövlət katibi köməkçisinin müavini Mora Namdar bu barədə sosial media hesabında açıqlama verib.
Ağ Evin “X” (keçmiş Twitter) hesabındakı “Tramp administrasiyası tarixdəki istənilən digər administrasiyadan daha çox vizanı və daha sürətlə ləğv edib” ifadəsini sitat gətirən Namdar, “300 000-dən çox viza ləğv edilib və bu rəqəm artmaqda davam edir”, – deyə bildirib.
Viza sahiblərinin ABŞ qanunlarına hörmət etməli olduqlarını vurğulayan Namdar qeyd edib ki, buna əməl edilmədiyi təqdirdə, həmin şəxslər ABŞ-a səyahət etmək “imtiyazını” itirəcəklər.
Şayəstə





















