Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10301 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 601, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 823, üç və daha çox doza vaksin vurduranların sayı 8282, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 595 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13513935, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5328620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4829985, üç və daha çox doza vaksin vurduranların sayı 3123615, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 231175 təşkil edir.