Azərbaycanın 2018-ci il dövlət büdcəsinın layihəsində büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 100 mln. manat məbləğində nəzərdə tutulub.
Elchi.az-ın büdcə layihəsinə istinadən verdiyi xəbərə görə, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 68,768 mln. manat və ya 3,2 dəfə çox, 2017-ci ilin proqnoz göstəricisindən isə 100 mln. manat və ya 2 dəfə azdır.
Qeyd edək ki, 2017-ci ilin ilk 6 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 52,324 mln. manat daxil olub. Bu isə 2017-ci ilin illik proqnozunun 26,2%-ni təşkil edir (tapşırıq – 95,38 mln. manat).