"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycan və erməni əhalisi sülhə necə hazırlanacaq?

18 Yanvar 2019 - 09:50
in CƏMİYYƏT, MANŞET, MARAQLI, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi “faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib.

Bunu da oxuyun

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

XİN-in bəyanatında həmçinin erməni və Azərbaycan əhalisinin sülhə hazırlanacağı qeyd olunub.

XİN-nin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, çərşənbə günü iki ölkənin xarici işlər nazirləri Paris görüşündə “ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə” razılaşıblar.

“Bununla bağlı ötən ilin dekabrında Milanda iki ölkə xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən qəbul olunmuş birgə bəyanatda da “əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması ilə bağlı çağırış əks olunmuşdur”, XİN sözçüsü müxbirimizə deyib.

“Hər iki xalq sülhə hazırlanacaq”

Leyla Abdullayeva həmçinin deyib ki, sözügedən “bəyanatda və eləcə də bütün digər aidiyyatı sənədlərdə qeyd olunmuş əhali sözü hər zaman” erməni və Azərbaycan əhalisini əhatə edir.

“Yəni, sənədlərdə hər iki xalq nəzərdə tutulur. Ölkənin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycanlı icmaları arasında təmasların bərpa olunması hər iki tərəfin əhalisinin də sülhə hazırlanması baxımından çox önəmli rol oynayacaq”, nazirlik sözçüsü vurğulayıb.

“İlk dəfədir…”

Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev ” ilk dəfədir ki, Ermənistan tərəfinin də paylaşdığı bəyanatda Azərbaycan tərəfinin uzun illərdir istifadə etdiyi “nəticəyə yönəlmiş danışıqlar” ifadəsindən istifadə olunduğunu gördüyünü deyir.

“Əslində bu, “nəticəyə yönəlmiş danışıqların davam etdiriləcəyini” göstərir. Özlüyündə ilk dəfədir ki, həm dekabr görüşündə, həm də yanvar görüşündə bu baxımdan pozitiv mesajlar verilir”.

Ancaq təhlilçi vurğulayır ki, qısa bir zamanda tərəflərin hansısa məsələdə razılığa gələcəyini gözləmək “tezdir”.

“Bu, uzun proses olacaq. Lakin münaqişənin həllinin baza prinsiplərinin razılaşdırılması istiqamətində ciddi addımlar atıla bilər”. Zaur Şiriyev deyir ki, bəyanatda “təkcə əhalinin sülhə hazırlanması deyil, iqtisadi əməkdaşlıqla bağlı təşəbbüslər və təhlükəsizlik məsələləri də yer alır”.

“Lakin əhalinin sülhə hazırlanmasına gəlincə, daha çox intensiv aparılacaq danışıqlar zamanı hər hansı bir ortaq razılaşma əldə olunarsa, bununla bağlı cəmiyyətə müəyyən detalların çatdırılması əhalini maksimalist, reallığa uyğun olmayan gözləntilərdən yayındıra bilər”.

“Əgər sülh danışıqlarında irəliləyiş olacaqsa, bu, rəsmilər və eyni zamanda ekspertlər tərəfindən cəmiyyətə çatdırılmalıdır. Əgər münaqişə tərəflərin cəmiyyəti sülh danışıqlarının predmeti və detalları ilə bağlı heç məlumatlı deyilsə, o zaman, onlar ortaya çıxan nəticəylə razılaşmaya bilərlər. Lakin məsələ müəyyən qədər xalqa çatdırılsa, o zaman xalq bunu müəyyən şəkildə hazırlıqlı olar”, o əlavə edib.

 

“Hazırkı iqtidarla əhalinin sülhə hazırlanması real deyil”

Hazırda Hollandiyada mühacirətdə olan vətəndaş cəmiyyəti təmçilçisi Leyla Yunus hesab edir ki, “hazırkı iqtidarla əhalinin sülhə hazırlanması real deyil”.

“2003-cü ilə qədər ermənilər Bakıya gələ bilirdi. Həmin ildən sonra bu mümkün olmadı. Necə ki, 100 ildir ermənilər türkləri, o cümlədən, bizi düşmən hesab edir, əfsuslar olsun ki, Azərbaycan da eyni yolu təkrarladı və 90-cı illərdən bu yana erməni bizim düşmənimizdir propaqandası davam etdirilir”,- Leyla Yunus deyib.

2012-ci ildə Sülh və Demokratiya İnstitutunun Ermənistandakı bölməsi dialoqlar aparmaq üçün dialoqlar təşkil etdiyini deyən Leyla Yunus düşünür ki, dialoqların davam etdirilməsi “vacibdir”.

“Mən Bakıda anadan olmuşam, bir həyətdə 4 erməni, 3 azərbaycanlı, 3 yəhudi ailəsi yaşayırdı. İndi isə Azərbaycanda həyatında heç vaxt erməni görməmiş gənc nəsil böyüyüb. Eləcə də Ermənistanda”.

Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin Paris görüşüFotonun müəllifiXİN

“Biz neçə illərdir vətəndaş cəmiyyətinin nümayəndələri tez-tez əhalinin sülhə hazırlanması barədə işlərin vacibliyini vurğulayırıq”, Imagine Conflict Transformation təşkilatının Azərbaycan üzrə layihələr direktoru Həmidə Qiyasbəyli deyir.

O, bildirir ki, burada əsas məsələ, ictimai müzakirələrin təşkilidir.

“Əhali ilə iş görülməlidir, təkcə vətəndaş cəmiyyəti, siyasi partiya liderləriylə yox, həm də əhalinin özü ilə, çünki sülh olsa əhali birlikdə yaşamalı olacaq”.

Həmidə Qiyasbəyli hesab edir ki, dövlət bu məsələdə “ən azı” iki iş görə bilər.

“Dövlət əhali ilə açıq diskusiya keçirə bilər. Universitetlərdə müzakirələrdə, dəyirmi masalarda açıq müzakirələr baş verməlidir ki, insanlar bu barədə daha açıq danışsın. Bu, o demək deyil ki, insanların hamısı sülhdən danışsın, ancaq ən azı bunları müzakirə etsinlər”,- sülh quruculuğu işlərində çalışan Həmidə Qiyasbəyli bildirib.

Onun sözlərinə görə, insanların müzakirələr aparması üçün məkan ayrılmalıdır, belə olduqda prosess daha açıq olur.

Danışıqlar prosesinin “uzun iillər ərzində” Minisk qrupu ilə bir yerdə bağlı qapılar arxasında keçirildiyini xatırladan Həmidə Qiyasbəyli “dövlətin ritorikasından mövqeyi aydındır, amma əhalinin burada mövqeyi bəlli deyil” deyir.

“İkinci sülh quruculuğu və insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, NGO-lar, liderlər bu işdə kömək edə bilərlər, amma 2014-cü ildən sonra vətəndaş cəmiyyəti üzvləri bu işdə çətinlik çəkirlər”, o əlavə edib.

Aydın Mirzəzadə Millət vəkiliFotonun müəllifiMEYDANTV

“Detallar bəlli deyil”

“Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb”, XİN-in bəyanatında deyilir.

Millət vəkili Aydın Mirzəzadə “pozitiv açıqlamanın” detallı olmamasına diqqət çəkir.

“Çox təəssüf ki, detallar aydınlaşdırılmır. Pozitivliyin nədən ibarət olduğu, nədən hər ay görüşlər keçirildiyinin mexanizmi açıqlanmır”, Hakim Yeni Azərbaycan Partiyasının üzvü Aydın Mirzəzadə söyləyir. Bununla belə, o, danışıqların davam etməsini müsbət hal kimi dəyələndirir.

Deputat Ermənistanda şərtlərin dəyişməsinə toxunur.

“İndiki hakimiyyət Qarabağ dalğasında hakimiyyətə gəlməyib. Əhalinin sosial problemlərinin ağırlığına dözümsüzlüyü onları hakimiyyətə gətirib. Düzdür, Paşinyanın münaqişənin həlli ilə bağlı aydın proqramı yoxdur. Bununla belə ümid etmək olar ki, bunlar Koçaryandan və Sarkisyandan fərqli siyasət yürütməyə çalışacaqlar”.

Aydın Mirzəzadə hesab edir ki, Paşinyan sələflərinin Qarabağ siyasətini davam etdirəcəksə, Azərbaycan münaqişənin hərbi yolla həllini seçə bilər.

Azərbaycan XİN-i bildirib ki, bu “faydalı və müsbət fikir mübadiləsində “daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti” vurğulanıb.

Çərşənbə günü Azərbaycan və Ermənistanın xarici siyasət qurumlarına rəhbərlik edən Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib və “ardıcıl və nəticəyə yönəlik danışıqların” gələn ay davam etdirilməsi razılaşdırılıb.

Alya YaqubluFotonun müəllifiALYA YAQUBLU

“Son bir neçə ayda ikinci dəfədir ki, belə müsbət bəyanat səslənir”

Müsavat partiyasının divan üzvü, siyasi şərhçi Alya Yaqublu Ermənistanda Nikol Paşinyanın baş nazir seçildikdən sonra ikinci dəfədir belə müsbət bəyanatın səsləndirildiyini xatırladır. Ancaq o da detalların açıqlanmadığına diqqət çəkir.

“Biz bilirik ki, münaqişənin həlli ilə bağlı bəlli prinsiplər, bəlli çərçivə var. Onlar müəyyənləşib. Amma indi hansı məsələdə irəliləyiş var, hansı tərəf hansı güzəştə getməyə razılıq verib, bəlli deyil. Sözün düzü, bu açıqlama məndə optimist düşüncə yaratmır”.

Alya Yaqublu deyir ki, Azərbaycanın əsas tələbi münaqişənin mərhələli həll planı üzrə nizamlanması ilə bağlıdır və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalıdır. Onun qənaətincə, belə bir addım atmaq yenicə hakimiyyətə gələn Paşinyan üçün mümkünsüz görünür, həmin rayonların qaytarılması məsələsini Ermənistanda xəyanət kimi dəyərləndirənlər var.

“Ona görə mənə aydın deyil ki, Azərbaycan belə müsbət açıqlama verəndə nə nəzərdə tutulur, Azərbaycan bu “mərhələli həll planı”ndan geri çəkilib, yoxsa Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasına razılıq verib? Nəhayət ən ciddi məsələ, Dağlıq Qarabağda referendumun keçirilməsi ilə bağlı mübahisə var. Tərəflər bu məsələdə uzun zamandır ortaq məxrəcə gəlıə bilmirlər. Yəni açıq qalan çox ciddi suallar var”.

Alya Yaqublu deyir ki, bu suallara cavab verilmədən danışmaq çətindir, üstəlik də bir gümanını bölüşür, “müsbət fon yaradılırsa, ola bilsin, Azərbaycan hökuməti nəyəsə razılıq verib”.

O, Qarabağ müharibəsində ərazisini itirmiş Azərbaycanın “məğlub tərəf” olduğunu və şərt diktə edəcək durumda olmamasına diqqət cəlb edir. “Danışıqlar da uzun illərdir ona görə ölü nöqtədən tərpənmir ki, qalib tərəf heç bir maddədə güzəştə getmək istəmir”.

“Bakının mövqeyi dəyişməzdir”

Azərbaycan prezidenti İlham Əliyevsə bugünlərdə hökumətin iclasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının mövqeyi dəyişməz olaraq qalır.

“Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanıb”, İlham Əliyev söyləyib.

O, Ermənistanı “ağır böhranlı vəziyyətdən” çıxarmağın bir yolu olduğunu deyib, “o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır”.

İlham Əliyev bunun üçün “Ermənistan silahlı qüvvələrini işğal edilmiş torpaqlardan çıxarılmalı” “şərtini” irəli sürüb.

“Heç bir tərəf qurban olmaq istəməyəcək”

Siyasi şərhçi Rauf Mirqədirov isə hərbi əməliyyatların bu il olmayacağına inanır.

“Hər iki tərəf – həm Azərbaycan, həm də Ermənistan pozitiv fon yaratmaqda maraqlıdır”.

Onun fikrincə, ona görə müsbət bəynatlar verilir ki, “hər iki tərəf savaşa getməyəcəyinin mesajını verir, fors-major situasiyadan qaçır”.

O, regiondakı qlobal qarşıdurmaya toxunaraq, Rusiya ilə Qərbin qarşı-qarşıya gəldiyini qeyd edir.

“Böyük güclərin qarşı-qarşıya gəldiyi vaxtda Azərbaycanla Ermənistan qurban getmək istəməzlər”.

Rauf Mirqədirov düşünür ki, indiki məqamda münaqişənin həlli istiqamətində qəti addım atılması hər iki tərəfin maraqlarına ziddir, çünki bu halda tərəflərdən biri xarici qüvvələrdən biri tərəfdən cəzalandırıla və sülhə məcbur edilə bilər.

Previous Post

Azərbaycan və erməni əhalisi sülhə necə hazırlanacaq?

Next Post

Güclü küləyə görə metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı bağlandı

Bənzər yazılar

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası...

Next Post
Güclü küləyə görə metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı bağlandı

Güclü küləyə görə metronun "Elmlər Akademiyası" stansiyasının çıxışı bağlandı

Güclü küləyə görə metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı bağlandı

Güclü küləyə görə metronun "Elmlər Akademiyası" stansiyasının çıxışı bağlandı

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.