"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycan-İtaliya münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru

03 Oktyabr 2025 - 15:42
in MANŞET
FacebookVatsap

İtaliya Azərbaycanın xarici siyasətində xüsusi önəm kəsb edən ölkələrdən biridir. Avropa İttifaqına (Aİ) üzv dövlətləri arasında Azərbaycanın ən mühüm siyasi, iqtisadi və ticarət tərəfdaşı olan bu ölkə ilə münasibətlərimizin səviyyəsi, eyni zamanda, Azərbaycanın Aİ ilə əlaqələrinə nümunə olaraq göstərilə bilər.

Bunu da oxuyun

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə davamlılığın göstəricisi kimi yadda qaldı. Azərbaycan və İtaliya Prezidentlərinin həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərində, eləcə də mətbuata birgə bəyanatlarında ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyi, qarşılıqlı etimad, əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndiyi vurğulandı.

Geniş tərkibli görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi mövcuddur. Birincisi 2015-ci ildə, ikincisi isə beş il öncə imzalanmışdır. Ötən illər ərzində münasibətlər sürətlə və müxtəlif istiqamətlərdə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi ildən-ilə artır. Energetika sahəsində çoxsaylı mühüm layihələr icra olunub. Azərbaycan nefti və qazının İtaliyaya ixracı vasitəsilə ölkəmiz öz təbii resurslarını dünya bazarlarına geniş həcmdə çatdırır və bir çox ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Azərbaycanla İtaliya arasında sıx mədəni, siyasi və iqtisadi əlaqələrin əsası isə Ümummilli Lider Heydər Əliyevin dövründə qoyulub. 1997-ci ilin sentyabrında Ulu Öndərin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün mühüm addım oldu. Səfər nəticəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı. Məhz həmin tarixi səfərdən sonra qarşılıqlı münasibətlər artan dinamika ilə inkişaf etməyə başladı.

İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri isə əlaqələrimizin inkişafında xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin fevralında isə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri baş tutdu. Səfər çərçivəsində siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və digər sahələri əhatə edən 28 sənəd imzalandı. Roma şəhərində imzalanan “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi qeyd olunmalıdır.

2022-ci ilin sentyabrında Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri də geniş gündəmlə keçdi. Romada Azərbaycan Səfirliyinin yeni binası açıldı, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyənləşdirildi, ADA Universiteti ilə İtaliyanın aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlıq sazişləri imzalandı.

4 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə Romaya növbəti işgüzar səfəri gerçəkləşdi. Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda çıxış edən dövlət başçımızın səfəri İtaliya mətbuatında və akademik çevrələrdə xeyli müzakirə olundu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizinin işə salınması və inkişafı İtaliya ilə strateji əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artmasına töhfə verib.

Prezident Mattarellanın 2018-ci il səfərindən sonra TAP layihəsinin həyata keçirilməsində şəxsən göstərdiyi dəstək nəticəsində layihə uğurla tamamlandı. 2020-ci ildən etibarən bu layihə vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz tədarük edir. Boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdə dayanır.

Bundan əlavə, Azərbaycan Aİ-yə elektrik enerjisinin ixracı üzrə yeni böyük layihə üzərində işləyir. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır. Xəzərin dibi ilə Mərkəzi Asiyadan Azərbaycana və oradan Avropa məkanına ötürüləcək elektrik enerjisi əməkdaşlığın həcmini daha da artıracaq.

Mədəni əlaqələrdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombları xüsusi əhəmiyyət kəsb edir. Vatikanda Fondun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması və gələcək nəsillərə saxlanması istiqamətindəki fəaliyyəti beynəlxalq mədəni ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. İtaliya Prezidentinin Azərbaycana səfərində İtaliya-Azərbaycan Universitetinin açılışı tarixi hadisə oldu. Universitetin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi ‒ Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalandı.

Universitetin binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102 nəfər isə magistr səviyyəsində təhsil alır. İxtisasların üçü ikili diplom proqramıdır. Bu layihə humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, İtaliya təcrübəsindən istifadə edərək Azərbaycan təhsilinin inkişafına mühüm töhfədir.

Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıqdan daha geniş, hərtərəfli əməkdaşlığa doğru inkişaf edir. Enerji təhlükəsizliyindən tutmuş təhsil və mədəniyyətə qədər bütün sahələri əhatə edən bu əməkdaşlıq hər iki ölkənin və bölgənin rifahına xidmət edir.

 

Ramin Namazov

Milli Məclisin deputatı

Previous Post

İran və Rusiya arasında strateji tərəfdaşlıq

Next Post

Oqtay Şirəliyev vəfat etdi

Bənzər yazılar

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39

Tehranın "ağır zərbələr"lə bağlı xəbərdarlığından sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatlar verərək, ölkəni tamamilə məhv etməklə hədələyib....

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli...

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. Elchi.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin...

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir təşkil...

Next Post
Oqtay Şirəliyev vəfat etdi

Oqtay Şirəliyev vəfat etdi

Maduro: ABŞ Venesuelada “kukla hökumət” qurmaq istəyir

Maduro: ABŞ Venesuelada “kukla hökumət” qurmaq istəyir

Comments 54

  1. Səidə Nəbiyeva says:
    12 ay ago

    Bu məqalə həqiqətən də Azərbaycanla İtaliya arasındakı münasibətlərin nə qədər güclü olduğunu göstərir. Prezidentlərin səfərləri və imzalanan sənədlər bu əməkdaşlığın daha da dərinləşəcəyinə işarədir. İki ölkənin bir-birinə necə dəstək olduğunu görmək çox xoşdur. Belə əlaqələrin gələcəkdə də davam etməsini ümid edirəm.

    Reply
  2. Nərgiz Xəlilova says:
    12 ay ago

    Çox gözəl məqalə olub, Azrbaycanla İtaliya arasındakı dostluq əlaqələrinin nə qədər güclü olduğunu göstərir. Bu iki ölkənin əməkdaşlığı həm siyasi, həm də iqtisadi baxımdan çox vacibdir. Prezidentlərin səfərləri də bu əlaqələri daha da möhkəmləndirir. Ümid edirəm ki, bu dostluq əbədi olar.

    Reply
  3. Elçin Nəbiyev says:
    12 ay ago

    Bu məqalə əla alınıb! Azərbaycan və İtaliya arasındakı dostluq və əməkdaşlıq haqqında məlumatlar çox maraqlı idi. Prezidentlərin görüşləri, xüsusilə də enerji sahəsindəki əməkdaşlıqlar çox sevindirici xəbərdir. Belə münasibətlərin gələcəkdə daha da güclənəcəyinə ümid edirəm.

    Reply
  4. Tahir Bəkirov says:
    12 ay ago

    Bu yazı Azərbayvcan-İtaliya münasibətlərinin nə qədər güclü olduğun göstərir. İtaliyanın bizim üçün nə qədər önəmli bir tərəfdaş olduğunu əla izah edib. Prezidentlərin görüşü də göstərir ki, bu əlaqələr daha da güclənəcək. Çox uğurlu bir analizdir.

    Reply
  5. İlhamə Həsənova says:
    12 ay ago

    Bu yazılanlar hamısı düzdü. İtaliya ilə bizik əlaqələrimiz çox qədimdən başlayır. Elə Heydər Əliyevin vaxtından da belədir. İndi də o əlaqələr davam edir. Prezidentlərimizin görüşləri də bu işə xidmət edir.

    Reply
    • Xədicə Qarayeva says:
      12 ay ago

      Bu çox yaxşı yazıbız, əlaqələrimizin necə gücləndiyini çox gözəl izah etmisiniz. Prezidentlərimizin görüşləri də əlaqələri daha da möhkəmləndirir, bu da çox sevindirici haldır. Gələcəkdə də bu əlaqələrin daha da inkişaf edəcəyinə inaniram.

      Reply
  6. İsmayıl Cəfərov says:
    12 ay ago

    Çox gözəl məqalədir! Azərbaycan və İtaliya arasındakı dostluq münasibətlərinin nə qədər güclü olduğunu göstərir. Prezidentlərin görüşü də çox önəmli idi, bu əlaqələrin daha da möhkəmlənəcəyinə inanırıq. Azərbaycanın İtaliya üçün enerjida təhlükəsizlik baxımından önəmi də çox böyükdür.

    Reply
    • Fidan Pənahova says:
      12 ay ago

      Əla məqalədir, oxuyanda çox sevindim! İtaliya bizim üçün həmişə önəmli olub, məqalədə də bunu gözəl izah edir. Prezidentlərimizin görüşü də əla xəbərdir, əlaqələrimiz daha da güclənəcək. Bu dostluq həmişə davam eləsin!

      Reply
  7. Aytən Babayeva says:
    12 ay ago

    Ela məqalədi, lap super. İtaliya ilə Azərbaycana münasibətləri bele gözəl izah eləmisiz ki, lap lap lap super. Mən bele bilmirdim bu qədər yaxşı münasibətlərimiz var. Tesekkurler.

    Reply
  8. Nərmin Şıxıyeva says:
    12 ay ago

    Çox gözəl məqalədi. Azərbaycanla İtaliya arasındaki münasibətlərin nə qədər güclü olduğunu gözəl göstərir. Hər zaman belə əlaqələrimiz olsun! Bu məqaləni oxuyanda sevindim, bu cür dostluqlar bizim üçün çox önəmlidi.

    Reply
  9. Elnur Tağıyev says:
    12 ay ago

    Bu məqalə çox maraqlıdı, Azərbaycanla İtaliyanın əlaqələrinin nə qədər güclü olduğunu göstərir. Prezidentlərin görüşü xüsusilə təsir edici idi, demək ki, münasibətlərimiz daha da inkişaf edəcək. Ümumiyyətlə, Azərbaycanın İtaliya kimi böyük bir ölkə ilə tərəfdaşlığı çox vacibdi. Həmişə belə möhkəm əlaqələrimiz olsun!

    Reply
  10. Dilarə Nəsibova says:
    12 ay ago

    Bu yazı ela yazilib. İtaliya ile bizim dostlugumuz cox gozeldir. Prezidentlerimizin gorushleri de bunu tesdiq edir. Bele dostluqlar olmalidir. Cox beyendim.

    Reply
    • Tahir Rzayev says:
      12 ay ago

      Bu məqalə çox gözəl yazılıb, İtaliya ilə dostluğumuzun nə qədər əhəmiyyətli olduğunu çox yaxşı izah edir. Prezidentlərimizin görüşləri də bunu təsdiqləyir, əlaqələrimizin güclənməsinə sevinirik. Gələcəkdə də belə uğurlu əməkdaşlıqlar görmək istərdik.

      Reply
  11. Sona Tağıyeva says:
    12 ay ago

    Məqalədə Azərbaycanla İtaliya arasındakı əlaqələrdən çox gözəl bəhs olunub. Bu iki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsi bizim üçün sevindiricidir. Məncə, bu əlaqələr daha da inkişaf etməlidir. Mövzunun belə geniş şəkildə işıqlandırılmasına görə təşəkkürlər.

    Reply
  12. Ülkər İsmayılova says:
    12 ay ago

    Elə gözəl yazıbki bu müəllim, heç nə demək olmur. İtaliya ilə bizim necə də yaxşı əlaqələrimiz var ha, hamısı burda yazılıb. Prezidentlər görüşür, danışırlar, hamısı bir yerdədi. Bu yazını oxuyandan sonra adam bilurki İtaliya ilə dostluğumuz necədir.

    Reply
  13. Ülviyyə Əhmədova says:
    12 ay ago

    Bəli, necə deyirsən, elədi. Bu İtaliya ilə Azərbaycanın dostluğu lap lap yaxşıdır. Bəyənim də buna, nə bilim. Səfərlər də olur, filan, yaxşı söhbətdi.

    Reply
  14. Fərid Cəfərov says:
    12 ay ago

    Əla məqalədi, Azərbaycanla İtaliya arasındakı dostluğun nə qədər güclü olduğunu bir daha göstərir. Bu əlaqələrin daim inkişaf etdiyini görmək çox sevindirici, ümid edirəm bu əməkdaşlıq gələcəkdə daha da böyüyəcək. Bu mövzuda daha çox məlumat öyrənmək maraqlıdır.

    Reply
  15. Anar Kazımov says:
    12 ay ago

    Vay, necə gözəl məqalə! İtaliya bizim üçün elə bir doğma olub ki, sanki qonşu ölkədir. Prezidentimizin İtaliyaya səfəri elə bil bizə də xoş təsir elədi. Düz deyirsiniz, bu iki ölkə arasında əlaqələr lap Heydər Əliyevin vaxtından qalıb, lap uzaqgörən idi. Məncə belə davam eləsək, hər şey daha da yaxşı olacaq, nəinki İtaliyada, lap dünyada da tanınacağıq.

    Reply
  16. Aysel Məmmədova says:
    12 ay ago

    Bu məqalə Azərbaycanla İtaliya arasındakı dostluğu çox gözəl izah eliyir. Məqalədə göstərilir ki, necə da bu iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıqdan daha da irəli gedib. Prezidentlərin görüşləri və imzalanan sənədlər bu əlaqələrin nə qədər güclü olduğunu bir daha təsdiqlədi. Həqiqətən də, bu əməkdaşlıq hər iki ölkə üçün böyük fayda gətirir.

    Reply
    • Rəşad Zeynalov says:
      12 ay ago

      Bu şərh əvvəlki şərhə istinad edərək, Prezidentlərin görüşlərinin əlaqələri necə möhkəmləndirdiyini vurğulayır. Azərbaycan və İtaliya arasındakı bu möhkəm dostluq həqiqətən də strateji tərəfdaşlıqdan daha irəliyə gedib. İmzalanan sənədlər və davamlı əməkdaşlıq hər iki ölkə üçün böyük fayda gətirəcəkdir.

      Reply
  17. Zülfiyyə İbrahimova says:
    12 ay ago

    Çox gözəl məqalədi, həqiqətəndə Azərbaycanla İtaliya arasındakı münasibətlər çox güclüdü. İki dövlət arasında strateji tərəfdaşlığın getdikcə daha da möhkəmlənməsi sevindirici haldı. Məqalədə göstərildiyi kimi, bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahələrdə özünü göstərir. Ümid edək ki, bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək.

    Reply
  18. Elmar Şıxıyev says:
    12 ay ago

    Çox gözəl yazıb. İtaliya ilə bizim əlaqələrimiz həmişə yaxşı olub, bunu hamı bilir. Prezidentlərin görüşü də super keçib. Bu qədər inkişaf yaxşıdır.

    Reply
  19. Məlahət Rzayeva says:
    12 ay ago

    Bu yazı çox gözəl olub, İtaliya ilə münasibətlərimizin nə qədər əhəmiyyətli olduğunu tam aydın göstərir. Prezidentlərimizin görüşləri də bunu bir daha təsdiqlədi. Həqiqətən də, İtaliya bizim üçün Avropada ən yaxın tərəfdaşlardandır. Mədəni əlaqələrimizin də güclənməsi sevindirici haldır.

    Reply
    • Namiq Ələkbərov says:
      11 ay ago

      Bu məqalə çox gözəl idi, İtaliya ilə əlaqələrimizin nə qədər önəmli olduğunu əla şəkildə çatdırır. Prezidentlərimizin görüşü də bir daha təsdiqlədi ki, İtaliya Avropada ən yaxın tərəfdaşlarımızdandır. Bu əlaqələrin daha da güclənməsi sevindiricidir.

      Reply
  20. Vidadi Əhmədov says:
    12 ay ago

    Əla məqalədi, İtaliya ilə münasibətlərimizin nə qədər önəmli olduğunu bir daha anladım. Prezidentlərin səfərləri, əməkdaşlıq sazişləri hər şeyi ətraflı izah eliyir. Enerji sahəsindəki əlaqələrimiz də çox vacibdi.

    Reply
  21. Fərid Quliyev says:
    12 ay ago

    Çox maraqlı yazıdı, amma mənə elə gəldi ki, Azərbaycanla İtaliya münasibətləri hələ tam strateji tərəfdaşlıq səviyyəsində deyil. Elə əlaqələr var ki, hələ inkişaf etməli, daha da güclənməlidi. Sualım odur ki, biz bu əlaqələri müttəfiqliyə necə gətirə bilərik?

    Reply
  22. Cavid Qurbanov says:
    12 ay ago

    Əla bir məqalədi. İtaliya ilə əlaqələrimizin nə qədər güclü olduğunu göstərir. Prezident Mattarellanın səfəri də bunu bir daha təsdiqlədi. Energetika sahəsindəki əməkdaşlığımız xüsusilə önəmlidi. Heydər Əliyevin vaxtında atılan addımlar bu günə qədər də öz bəhrəsini verir.

    Reply
  23. Əfsanə Rzayeva says:
    12 ay ago

    Əla məqalədir, çox sağ olun! İtaliya ilə Azərbaycanın dostluğu, əməkdaşlığı çox gözəldir. Prezidentlərimizin görüşləri də super keçib, məni sevindirdi. Bu əlaqələr daha da güclənsin, heç vaxt pozulmasın!

    Reply
    • Təmkinə Sadıqova says:
      12 ay ago

      Əla yazıb paylaşıbiz, təşəkkürlər. İtaliya ilə münasibətlərimiz əladır, amma bu qədər də böyüdüb tökmək lazım deyil. Bəzən görürük ki, müəyyən məsələlərdə də fikir ayrılıqları olur, amma bunları heç kəs demir. Sən demək, hər şey mükəmməldi. Amma yenə də əziyyətə görə sağolun.

      Reply
  24. Sona Hüseynova says:
    12 ay ago

    Bu məqaləni oxuyanda Azərbaycanın İtaliya ilə necə güclü əlaqələr qurduğunu bir daha gördüm. Onların strateji tərəfdaşlığının müttəfiqliyə doğru getməsi çox sevindirici haldır. Ümid edirəm ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək.

    Reply
  25. Səidə İmanova says:
    12 ay ago

    Bu mətn İtaliya ilə Azərbaycan münasibətlərini necə də gözəl izah edir! Mən də həmişə düşünürdüm ki, İtaliya bizim üçün nə qədər önəmlidir. Prezidentlərimizin görüşü də bunu bir daha təsdiqlədi. Əla bir məqalədir, bu cür mövzulara daha çox yer verilsə, lap yaxşı olardı.

    Reply
  26. Nahidə Abbasova says:
    12 ay ago

    Həə, bu məqalə lap yeridi, doğrudan da İtaliya Azərbaycanın ən yaxşı dostudu. Elə bizim prezidentin də İtaliya prezidentiylə görüşü çox yaxşı keçib, hamıdan çox bu dövlətlər bir-birinə qardaş olublar. Belə davam etsə lap yaxşı, əlaqələrimiz də güclənər.

    Reply
  27. Təmkinə Ələkbərova says:
    12 ay ago

    Bu məqalədə Azərbaycanla İtaliya arasındakı əlaqələrin nə qədər güclü olduğu çox yaxşı izah olunub. Əslində, İtaliya bizim üçün Avropa İttifaqında çox əhəmiyyətli bir partnyordur. Prezidentlərin görüşü də göstərir ki, bu dostluq və əməkdaşlıq daha da dərinləşir. Mən də ümid edirəm ki, bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcək.

    Reply
  28. Aydan Bədəlova says:
    12 ay ago

    Məqalədə deyildiyi kimi, İtaliya ilə münasibətlərimiz həqiqətən də çox önəmlidir. Prezidentlərin səfərləri də bunu bir daha təsdiqlədi. İqtisadi əlaqələrimizin güclənməsi sevindirici haldır. Ümummilli Liderimizin vaxtında qoyulan təməl bu gün də davam edir.

    Reply
  29. Fəridə Şıxıyeva says:
    12 ay ago

    Bu məqaləni oxudum ve çox bəyəndim, Azərbaycanla İtaliya arasındakı dostluğun nece güclü olduğun daha yaxşı başa düşdüm. Bu iki ölke arasındaki sıx elaqeler her zaman mene maraqlı gelib. Ümid edirem ki, bu dostluq daha da güclenecek ve her iki ölke üçün faydalı olacaq. Mövzuyla bağlı bele maraqlı yazılar davamlı olacaq inşallah.

    Reply
  30. Zəhra Vəliyeva says:
    12 ay ago

    Əla məqalədi, həqiqətən də İtaliya bizim üçün çox əhəmiyyətli ölkədir. Prezidentimizin də dediyi kimi, bizimki sadəcə dostluq deyil, strateji tərəfdaşlıqdır. Bu əlaqələr Heydər Əliyevdən başlayıb, indi də inkişaf edir. Çox gözəl xəbərdir ki, İtaliya bizim Avropa İttifaqı ilə əlaqələrimizə də nümunə olur.

    Reply
  31. Nuranə Məmmədova says:
    12 ay ago

    Yazı çox gözəl alınıb. İtaliya bizim üçün həqiqətən də əhəmiyyətli ölkədir. Məncə də bu əlaqələr daha da güclənməlidir. Ümid edirəm ki, gələcəkdə də belə uğurlu səfərlər olacaq.

    Reply
  32. Anar Səfərov says:
    12 ay ago

    Maraqlı məqalədir, Azərbacanla İtaliya arasındakı dostluğun nə qədər güclü olduğunu görmək çox xoşdur. Bu əməkdaşlıq hər iki ölkə üçün də faydalıdır. Ümid edirəm ki, bu münasibətlər daha da güclənəcək. Gözəl məlumatlar üçün təşəkkürlər.

    Reply
  33. Anar Qurbanov says:
    12 ay ago

    Mətn çox maraqlı idi, İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin nə qədər güclü olduğunu göstərir. Bu strateji tərəfdaşlığın davam etməsi sevindirici haldır. Prezident Mattarellanın səfəri də bunu bir daha təsdiqlədi. Ümid edirəm bu əlaqələr daha da güclənəcək.

    Reply
    • Ruhəngiz İsmayılova says:
      12 ay ago

      Bu məqalə Azərbaycanla İtaliya arasındakı münasibətlərin nə qədər önəmli olduğunu göstərir. Prezident Mattarellanın səfəri də bu əlaqələrin gücləndiyini təsdiqləyir. İqtisadi sahədəki tərəfdaşlığımız, xüsusilə enerji məsələlərində çox vacibdir. Ümid edirəm bu əməkdaşlıq gələcəkdə də davam edəcək.

      Reply
  34. Rıza İbrahimov says:
    12 ay ago

    Bu yazı elaçıdır, İtaliya ile bizim münasibetlerimiz lap möhkemdir. Prezidentlerin görüşü, imzalanan müqavileler her şeyi gösterir ki, biz İtalya ile dostuq. İtaliya bizim üçün çox gözel müttəfiqdir.

    Reply
  35. Səbuhi Əhmədov says:
    12 ay ago

    Məqalədə yazılanlarla razıyam, amma məncə Azrbaycantaliya əlaqələri daha da inkişaf eləyə bilər. Məsələn, turistlər üçün daha çox imkan yaradılsa yaxşı olar. İki ölkənin də zəngin mədəniyyəti var, bunu hamı bilməli.

    Reply
  36. Dilarə Abdullayeva says:
    12 ay ago

    Çox gözəl yazıbsiniz, inanmıramki heç kim belə gözəl yaza bilsin. İtaliya ilə Azərbaycanın münasibətləri lap lap lap əladır. Bu iki ölkənin dostluğu lap lap lap davam etsin. Prezidentlərin görüşü lap lap lap yaxşı keçib, hamı razıdır.

    Reply
  37. Vaqif Həsənov says:
    12 ay ago

    Əla məqalədir, çox bəyəndim! İtaliya ilə Azərbaycanın necə gözəl əlaqələri olduğunu lap açıq göstərir. Bu əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru getməsi çox sevindiricidir. Prezidentlərin səfərləri də əlaqələri möhkəmləndirir.

    Reply
  38. Rəna Kazımova says:
    12 ay ago

    Elaqeler super olub, bunu hec kes inkâr eliyemez. İtaliya bizim üçün çox önemli ölkedi, hem de Avropa İttifaqında. Prezidentimizin de dediyi kimi, hamı bilmeli ki, biz İtaliya ile dostuq. Bu xeber meni çox sevindirdi, sag olsunlar!

    Reply
    • Mehdi İsmayılov says:
      12 ay ago

      Əla, bu mövzuda düşünürəm ki, Azərbaycanla İtaliyanın münasibətləri necə daha da güclənə bilər? Məgər Avropa İttifaqında da bu əməkdaşlıq bizim üçün daha əhəmiyyətli deyilmi? Bu iki ölkə arasındakı dostluğun daha da inkişaf etdiyini görmək sevindirici deyilmi?

      Reply
  39. Rübabə Babayeva says:
    12 ay ago

    Ela sozdu vallah, men de hemin fikirdeem. Italyia cox mohkem dostumuzdu, hem de ela ticaret edirik onnan. Prezidentlerimizin gorusleri de cox xos oldu, menali xeberdi. Allah bu dostlugumuzu daim elesin.

    Reply
  40. Ülkər Abbasova says:
    12 ay ago

    Çox gözəl yazıbən, İtaliya ilə əlaqələrimizin nə qədər güclü olduğunu bir daha gördüm. Həqiqətən də İtaliya bizim üçün çox önəmli bir dövlətdir. Ümummilli Liderin vaxtında başlanan bu dostluq indi daha da möhkəmlənib. Bu əlaqələr sayəsində biz həm iqtisadi, həm də siyasi cəhətdən daha da irəliləyirik.

    Reply
    • Nicat İbrahimov says:
      12 ay ago

      Bu yazıdan da göründüyü kimi, İtaliya ilə əlaqələrimiz heç də elə də “strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru” gedən bir yolda deyilmiş. Bu qədər tərif dolu sözlər eşidəndə adam adam biraz şübhələnir. Bəlkə də bu işlərdə başqa məqamlar da var, bizə deyilməyən. Belə cəhətlər maraqlıdır.

      Reply
  41. Elmar Bəkirov says:
    12 ay ago

    Bu yazı çox gözəldi, yaxşı izah eləmisiz. İtaliya bizim üçün lap önəmli dövlətdi, həm siyasətdə, həm də ticarətdə. Bu əlaqələrin güclənməsi hamımız üçün yaxşıdı. Prezidentlərin görüşləri də çox uğurlu keçib.

    Reply
  42. Turanə Bəkirova says:
    12 ay ago

    Bu məqalə çox maraqlıdır, Azərbaycanla İtaliyanın nə qədər güclü dost olduğunu göstərir. Mən həmişə düşünürəm ki, bu iki ölkə bir-birinə nə qədər yaxındır. Prezidentlərin görüşü də bunu bir daha təsdiq etdi, əla!

    Reply
  43. Aysun Sadıqova says:
    12 ay ago

    Aaa, lap gözəl olub bu məqalə, necə də ürəyimcə oldu! İtaliya ilə bizim necə də qardaş kimi olduğumuz hər kəsə bəllidir, amma yenə də bu cür gözəl yazıda oxumaq lap əladır. Məncə, bu Prezident səfəri lap möhtəşəm oldu, lap əla işlər görüləcək bundan sonra.

    Reply
    • Nahidə Nəsibova says:
      12 ay ago

      Bu məqalə çox super alınıb, lap ürəyimcə oldu! İtaliya ilə bizim əlaqələrimizin nə qədər güclü olduğunu daha da aydın göstərir. Prezidentlərin görüşü də əla keçib, görən nə yaxşı işlər görəcəklər bundan sonra. Ümid edək ki, bu dostluq daha da möhkəmlənər.

      Reply
  44. Vaqif Orucov says:
    12 ay ago

    Bu yazı Azərbaycanla İtaliyanın nə qədər yaxın dost olduğunu çox gözəl göstərir. Mən də həmişə belə düşünmüşəm ki, bu iki ölkənin əlaqələri xüsusi bir şeydir. Prezidentlərin görüşü də bunu təsdiqləyir, əlaqələrimiz daha da güclənir. Ümid edirəm bu əməkdaşlıq daha da davam edər.

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

21 Sentyabr 2026 - 11:47
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41
Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33
Lerikdə 15 kq narkotik aşkarlanıb

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

21 Sentyabr 2026 - 11:21
Lerikdə 15 kq narkotik aşkarlanıb

Lerikdə 15 kq narkotik aşkarlanıb

21 Sentyabr 2026 - 11:14
Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

21 Sentyabr 2026 - 10:57
Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

21 Sentyabr 2026 - 10:48
Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39
İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

21 Sentyabr 2026 - 10:27
Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

21 Sentyabr 2026 - 10:16
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

21 Sentyabr 2026 - 10:05
Messi mövsümdə 20-yə, karyerasında 930-a çatdı

Messi mövsümdə 20-yə, karyerasında 930-a çatdı

21 Sentyabr 2026 - 09:53
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

21 Sentyabr 2026 - 09:44
“Kahı” və “kərəviz” yükündə 79 kq narkotik vasitə aşkarlandı

“Kahı” və “kərəviz” yükündə 79 kq narkotik vasitə aşkarlandı

21 Sentyabr 2026 - 09:36
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 62 nəfər xilas edilib

21 Sentyabr 2026 - 09:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.