"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycan vətəndaşları kreditlərin girovuna çevriliblər

21 Yanvar 2015 - 20:54
in İQTİSADİYYAT
FacebookVatsap

img1728656Əhalinin banklara 18 milyard manat kredit borcu var

Bunu da oxuyun

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

Azərbaycanda iqlim stansiyalarının sayı 181-ə çatdırılacaq

2014-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4,8 faiz artaraq, 39,4 milyard manata çatıb.
Dövlət Statistika Komitəsinin 2014-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı xülasəsində bildirilir ki, əhalinin hər nəfərinə düşən məbləği isə, 3,5 faiz artaraq, 4180,5 manata çatıb. Gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.
Əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10,4 faiz artaraq, 7,1 milyard manata çatıb. Əmanətlərin 4,5 milyard manatını və ya 63,2 faizini milli valyuta, 2,6 milyard manatını isə xarici valyuta təşkil edib və vəsaitlərin 5,4 milyard manatı özəl banklara qoyulub.
Xülasədə diqqət çəkən maraqlı məqam yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği ilə bağlıdır. Bu məbləğ 19,1 faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin isə ödəmə vaxtı keçib.
Ekspert Samir Əliyevin sözlərinə görə, əhalinin gəlirlərinin ilbəil artmasına rəğmən, artım tempinin getdikcə azalması, xərclərin isə artması müşahidə edilir: “2012-ci ildə gəlirlərin artımı 13,8 faiz olduğu halda, sonrakı illərdə azalaraq, 2013-cü ildə 8 faiz, 2014-cü ildə isə 4,8 faiz təşkil edib. Gəlirlərin strukturuna diqqət yetirdikdə məlum olur ki, son istehlak xərclərinin artımı, yığım imkanlarının isə məhdudlaşması baş verir. 3 il öncə gəlirlərdə son istehlakın payı 61 faiz olduğu halda, ötən il onun payı artaraq, 68,8 faizə yüksəlib.
Əmanətlərin və kapitalın artırılmasına yönəldilən gəlirlər isə azalaraq, 2012-ci ildəki 29,3 faizdən 20 faizə düşüb. Bütün bunlar xərclərin sürətlə artmasını göstərir.
Bəs, bu xərclər nəyin hesabına artır?
Əlbəttə, ilk növbədə malların və xidmətlərin bahalaşmasını göstərmək olar. İkinci səbəb kimi isə, əhalinin kütləvi şəkildə kreditləşməyə üz tutmasıdır.
Hətta Mərkəzi Bankın istehlak kreditinə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər onun sürətlə artmasının qarşısını ala bilmir. İstehlak kreditlərinin artım tempinin, əhalinin gəlir tempini üstələməsi narahatçılıq doğurur”.
Ekspertin sözlərinə görə, əhalinin gəlirləri ötən il cəmisi 4,8 faiz artdığı halda, istehlak kreditlərinin artımı 23-24 faizə yaxın olub: “İnsanlar istehlak tələbatını faktiki olaraq, kreditlər hesabına ödəyirlər. Ötən il əhali öz gəlirlərinin təxminən 20 faizi məbləğində borclanmaya gedib. Halbuki 2010-cu ildə borclanmanın həddi 10 faizdən bir qədər çox olmuşdu. Artıq bu hədd ciddi siqnaldır. Getdikcə kreditlər insanların gəlir mənbəyinə çevrilir. Bu kreditləri isə, gəlir olmadan qaytarmaq mümkün olmur. Beləliklə də insanlar kreditlərin girovuna çevrilirlər”.
Previous Post

Azərbaycan vətəndaşları kreditlərin girovuna çevriliblər

Next Post

Dvorkoviç: “Rusiya ABŞ-la çətin dövrünü yaşayır”

Bənzər yazılar

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

08 Sentyabr 2026 - 15:30

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,8 milyard ABŞ dollarını ötüb. Elchi.az xəbər verir ki, bu barədə...

Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

08 Sentyabr 2026 - 11:57

“Əvvəllər ölkə ərazisində sel-daşqın hadisələri ildə təxminən 10-20 dəfə müşahidə olunurdusa, son illərdə bu göstərici təxminən 10-15 dəfə artıb”. Elchi.az xəbər...

Azərbaycanda iqlim stansiyalarının sayı 181-ə çatdırılacaq

Azərbaycanda iqlim stansiyalarının sayı 181-ə çatdırılacaq

08 Sentyabr 2026 - 11:48

Hazırda 151 iqlim stansiyası hava proqnozlarının hazırlanması üçün məlumat təmin edir. Elchi.az xəbər verir ki, bunu “Bakı İqlim Həftəsi 2026” (BCAW...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

08 Sentyabr 2026 - 09:28

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, sentyabrın 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Next Post

Dvorkoviç: “Rusiya ABŞ-la çətin dövrünü yaşayır”

Dvorkoviç: “Rusiya ABŞ-la çətin dövrünü yaşayır”

Son xəbərlər

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
DTX-nin yeni rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

Nazirlər Kabineti diplomatik xidmət əməkdaşlarının təminatı ilə bağlı dəyişiklik edib

08 Sentyabr 2026 - 18:44
Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37
Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

08 Sentyabr 2026 - 18:25
Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərində dəyişiklik edildi

Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərində dəyişiklik edildi

08 Sentyabr 2026 - 18:13
Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

08 Sentyabr 2026 - 17:59
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

08 Sentyabr 2026 - 17:46
Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

08 Sentyabr 2026 - 17:39
Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

08 Sentyabr 2026 - 17:30
Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

08 Sentyabr 2026 - 17:25
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

08 Sentyabr 2026 - 17:14
Çində təbiət fəlakəti: 12 nəfər həlak oldu, 1 nəfər itkin düşüb

Çində təbiət fəlakəti: 12 nəfər həlak oldu, 1 nəfər itkin düşüb

08 Sentyabr 2026 - 17:05
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

08 Sentyabr 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.