Sentyabrın 5-də Çinin cənub-şərqindəki Tszyansi əyalətində baş verən gil-qaya axını nəticəsində azı 12 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Sel sentyabrın 5-də səhər tezdan Tszian şəhər dairəsində baş verib. Hazırda bir nəfər hələ də itkin düşmüş hesab olunur. Torpaq və qaya axını səkkiz evi tamamilə dağıdıb, daha dörd evə isə cüzi ziyan dəyib.
Əvvəllər beş nəfərin həlak olduğu və yeddi nəfərin itkin düşdüyü bildirilirdi.
Fəlakət zonasında 170-dən çox insanın iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir. Həmçinin yolların möhkəmləndirilməsi və təkrar geoloji fəlakətlərin qarşısının alınması üçün mühəndislik işləri aparılır.
Əvvəllər region davamlı leysan yağışlarına səbəb olan “Saudel” qasırğasının təsirinə məruz kalmışdı.
Məryəm





















