"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycan vətəndaşı İranın 3,2 milyard dollarını Hindistanda necə “əritdi”…

16 Fevral 2015 - 00:54
in MANŞET
FacebookVatsap

dollarazİrana məxsus milyardlarla dollar bu ölkəyə qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalardan yayınmaq üçün Hindistan üzərindən “yuyulub” və bu pul yuma sxemində iştirak edən qrupda Azərbaycan vətəndaşı da yer alır.

Virtualaz.org saytı bu sensasion faktı Hindistan qaynaqlarından əldə edib.

Bunu da oxuyun

Çox isti içkilər xərçəng riskini artıra bilər

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Həmin məlumatda deyilir ki, 7-si İran, 1-i Azərbaycandan olmaqla 8 əcnəbi Hindistanın əyalət şəhəri Çandigarhda kağız üzərində çoxsaylı şirkətlər yaradaraq bu şirkətlərin adlarına Hindistanın ən iri banklarından olan “UCO Bank”da hesablar açıblar. Həmin hesablara hissələrlə 3,2 milyard dollar köçürülüb.

Sənədlərdə göstərilib ki, həmin şirkətlər pulları bankdan çıxarıb. Lakin əslində qara pullar Dubay, Honkonq və digər yerlərdəki hesablara ötürülüb.

Hindistanın maliyyə kəşfiyyatı və və iqtisadi cinayətlərlə mübarizə aparan xüsusi xidməti (The Directorate General of Economic Enforcement) İrana məxsus milyardlarla dolların “UCO Bank” üzərindən “yuyulmasını” təşkil edən qrupa qarşı təhqiqat aparır. Təhqiqat zamanı müəyyən olunub ki, bankın icraçı direktoru Arun Kaul həmin qrupun əli ilə yuyulan milyardlarla dolların İrana məxsus olmasından xəbərdar olub.

Məlumata görə, milyardlarla dolların “yuyulması”nı təşkil edən qrup üzvləri Hindistana tələbə vizaları ilə daxil olub. Onların kimlikləri hələlik açıqlanmır.

Fevralın 12-də ABŞ-ın maliyyə naziri Stüart Levi ilə Hindistanın Mərkəzi Bankının və Maliyyə Nazirliyinin rəsmiləri arasında Dehlidə aparılan danışıqlarda İran pullarının “UCO Bank” üzərindən “yuyulması”na dair təhqiqat müzakirə olunub.

Stüart Levi və Hindistanın maliyyə naziri Arun Jaitley keçirdikləri mətbuat konfransında bildiriblər ki, ABŞ və Hindistan İrana məxsus “qara pullar”ın “yuyulması”nın qarşısını almaq üçün birgə işləyirlər. Bildirilib ki, Hindistanın Mərkəz Bankı “UCO Bank” üzərindən İran pullarının “yuyulması”nın üzə çıxmasından sonra bütün banklara offşor hesablar üzərindən pul köçürmələrinə nəzarəti gücləndirmək barədə təlimat verib.

Qeyd edək ki, bu, İrana aid milyardların beynəlxalq sanksiyalardan yan keçməklə “yuyulması”nda Azərbaycan izinə dair ilk fakt deyil. Bundan əvvəl İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyə üzərindən İrana məxsus yüz milyardlarla dolların transferini necə həyata keçirdiyi Türkiyədə 2013-cü ilin 17 dekabr həbsləri zamanı üzə çıxmışdı.

Məlum olmuşdu ki, Rza Zərrab bu pul yuma sxemində Azərbaycanda qeydiyyatdan keçmiş, fəaliyyəti yalnız kağız üzərində olan şirkətlərdən də istifadə edib. Həmçinin onun pul yuma sxemində Azərbaycandan olan şəxslər də yer alıb.

Previous Post

Azərbaycan vətəndaşı İranın 3,2 milyard dollarını Hindistanda necə “əritdi”…

Next Post

ABŞ-ın separatçılara yardımı və sərt etirazlar

Bənzər yazılar

Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44

Çox yüksək temperaturda isti çay və qəhvə kimi içkilərin müntəzəm olaraq qəbul edilməsi qida borusu xərçəngi riskini artırır. Mütəxəssislər içkinin...

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58

İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm...

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51

Azərbaycanın yeni səfiri Rəşad Aslanov sentyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib. Elchi.az  xəbər verir ki, Türkiyə...

“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

08 Sentyabr 2026 - 16:00

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiyaya qarşı təzyiqlərin artırılmasına dair növbəti dəfə çağırış edib....

Next Post

ABŞ-ın separatçılara yardımı və sərt etirazlar

ABŞ-ın separatçılara yardımı və sərt etirazlar

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

09 Sentyabr 2026 - 12:10
Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

09 Sentyabr 2026 - 12:02
Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – FOTO

Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – FOTO

09 Sentyabr 2026 - 11:53
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

09 Sentyabr 2026 - 11:45
Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

09 Sentyabr 2026 - 11:32
Xalq artisti Aleksandr Şarovski vəfat edib

Xalq artisti Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn ediləcək

09 Sentyabr 2026 - 11:23
Alimlər rekord temperaturda yeni buz növü yaratdı

Alimlər rekord temperaturda yeni buz növü yaratdı

09 Sentyabr 2026 - 11:16
Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09
Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

09 Sentyabr 2026 - 11:00
Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

09 Sentyabr 2026 - 10:51
Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44
Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

09 Sentyabr 2026 - 10:35
İsveç ölkəni tərk edən miqrantlara 36.000 dollar ödəyəcək

İsveç ölkəni tərk edən miqrantlara 36.000 dollar ödəyəcək

09 Sentyabr 2026 - 10:24
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib

09 Sentyabr 2026 - 10:17
Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb

09 Sentyabr 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.