Avropada quraqlıq xəbərdarlığı: Tarixdə ikinci ən isti may

Avropada qeyri-adi quru yaz ayları su böhranı və kənd təsərrüfatı itkiləri ilə bağlı narahatlıqları artırsa da, 2025-ci ilin may ayının qlobal miqyasda tarixdə ikinci ən isti may olacağı açıqlandı.
Elchi.az xəbər verir ki, orta Menzilli Hava Proqnozları üzrə Avropa Mərkəzinə (ECMWF) bağlı olan Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S), 2025-ci ilin may ayının 1991-2020-ci illərin orta göstəricisindən 0,53°C yuxarı olacağını və dünya üzrə orta səth temperaturunun 15,79°C olacağını açıqlayıb. Bu dəyər sənayedən əvvəlki dövr hesab edilən 1850-1900-cü illərin orta göstəricisindən 1,4°C yuxarıdır.
Mütəxəssislərin fikrincə, bu temperatur artımı 2015-ci il Paris İqlim Sazişində müəyyən edilmiş 1,5°C həddini qısa da olsa keçmədi, lakin qlobal istiləşmənin davam etdiyini açıq şəkildə göstərdi. Son 10 ilin hamısı tarixdə ən isti 10 il arasında olub.
"2025-ci ilin may ayı son 22 ayın 21-də müşahidə olunan 1,5°C-dən yuxarı temperatur tendensiyasını qısa müddətə kəsdi. Lakin iqlim sisteminin istiləşməsi davam etdikcə bu hədd tezliklə yenidən keçiləcək" C3S direktoru Karlo Buontempo deyib.
Şayəstə Hüseynova