Avropa Parlamenti dörd deputatı toxunulmazlıqdan məhrum etmək niyyətindədir

39

AP deputatları korrupsiyada və büdcəni israf etməkdə şübhəli bilinir.
Elchi.az xəbər verir ki, Avropa Parlamenti korrupsiyada və büdcəni mənimsəməkdə şübhəli bilinən 4 deputatın deputat toxunulmazlığının götürülməsi proseduruna başlamaq niyyətindədir. Bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.
“Belçika hakimiyyətinin və Avropa prokurorunun sorğularına uyğun olaraq, Avropa Parlamenti dörd Avropa deputatının toxunulmazlığından məhrum edilməsinə baxılması üçün prosedurlara başlamağı planlaşdırır”, – mətbuat xidmətinin nəşrində deyilir.
Belçikalı deputat Mark Tarabella və onun italiyalı həmkarı Andrea Cozzolino Belçika Baş Prokurorluğu tərəfindən Qətərlə bağlı qalmaqallı korrupsiya işində şübhəli bilinir. Eyni zamanda, Aİ prokurorluğu Yunanıstan deputatları Eva Kaili və Maria Spiraki-ni məmurlara müavinət və mükafatların ödənilməsi ilə bağlı dələduzluqda şübhəli bilir.
Bundan əvvəl Avropa Parlamentinin (AP) rəhbəri Roberta Metsolanın təcili olaraq iki deputatın toxunulmazlıqdan məhrum edilməsi prosesinə start verdiyi bildirilirdi. Bu zərurət Belçika rəsmilərinin müraciətindən sonra yaranıb. Eyni zamanda sənəddə deputatların adları açıqlanmayıb. Bununla belə, bunun Belçika hüquq-mühafizə orqanlarının korrupsiya iddiaları ilə bağlı olduğu incələnir.

Şayəstə