Avropa İttifaqı Ukraynaya 1,5 milyard avroluq makromaliyyə yardımını ayırıb. Elchi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O, Ukraynanın həm 2023-cü ildə, həm də sonrakı illərdə daha çox şey əldə edə biləcəyinə söz verib.
“Biz Ukraynanı dövlətin fəaliyyətini bərpa etmək və saxlamaq səylərində dəstəkləyirik”,- deyə o yazıb.
Bu Aİ-nin Ukraynaya aylıq yardımının bir hissəsidir. Ukrayna ABŞ-dan hər ay analoji məbləğdə vəsait alır.
Havar Şəfiyeva