Avro Bölgəsində İstehsalçı Qiymətləri İndeksi (ÜFE) enerji qiymətlərindəki artım səbəbiylə noyabr ayında illik bazda yüzdə 27,1 artdı.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozona üçün noyabr ayı ÜFE məlumatlarını dərc edib.
Müvafiq olaraq, Aİ-də ÜFE noyabr ayında əvvəlki aya görə yüzdə 0,9 azalaraq 2021-ci ilin noyabrına görə yüzdə 27,4 artdı.
Avro Bölgəsində isə ÜFE noyabr ayında aylıq bazda yüzdə 0,9 azalıb, illik bazda isə yüzdə 27,1 artıb. Bazar gözləntiləri ÜFE-nin illik 27,5 faiz artması idi.
Sözügedən dövrdə Avro Bölgəsində istehsalçı qiymətləri enerji sektorunda illik bazda yüzdə 55,7 artıb.
Aİ ölkələri arasında ÜFE noyabr ayında illik bazda ən çox artmış 63,5 faizlə Macarıstanda, yüzdə 51,2 ilə Latviyada və yüzdə 44,8 ilə Rumıniyadadır.
İllik ÜFE Almaniyada yüzdə 29, İtaliyada yüzdə 35,7, İspaniyada yüzdə 20,7 və Fransada yüzdə 21,5 olaraq təyin olundu.
Şayəstə