"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“AST Telman”ı kimin ələ verdiyi bilindi – Abbas Abbasov istintaqa cəlb ediləcək

23 Sentyabr 2017 - 09:33
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Ukraynanın Aİ yolu: inteqrasiya addımı, yoxsa siyasi hesab?

Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Sabiq vitse-premyerin başı dərddə ; 15 il Telman İsmayılovun köməkçisi işləmiş Sergey Qavryuşin istintaqa nələr deyib?; “AST Telman”ın və qardaşlarının cinayət işlərinin xronikası A.Abbasovun məhz şirkətdə işlədiyi dövrə təsadüf edir və onu da… 

“AST” Şirkətlər  Qrupunun prezidenti(o, səhmləri oğulları arasında bölüb rəhbərlikdən formal olaraq uzaqlaşıb) Telman İsmayılovun (“AST Telman”) 8 sifarişli qətl törədən cinayətkar qrupun işinin araşdırılmasının yeni sensasion təfərrüatları məlum olub.

“Rosbalt” agentliyi hüquq mühafizə orqanlarına yaxın mənbəyə istinadən xəbər verir ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir.  Agentlik onun “vacib şahid” kimi istintaqla əməkdaşlıq etdiyini və Telman İsmayılovun ona hansı cinayət əməli olan göstərişlər verdiyini iddia edib. Bildirilir ki, Qavryuşin T.İsmayılovun hazırda həbsdə olan qardaşı Rafiq İsmayılovun təsisçisi olduğu “Merkuri-R” MMC-nin də baş direktoru işləyib. “Merkuri-R” “AST  Telman”ın nəzarətində olan “Çerkizov” bazarı bağlandıqdan sonra təsis edilib. MMC-yə  “Abramsevo” pal-paltar bazarı və daha bir neçə bu tipli obyektlər daxil imiş. MMC 2016-cı ildə- “AST Telman”ın qardaşı Rafiq İsmayılovun həbsindən sonra ləğv olunub.

Image result for Abbas Abbasov

“Rosbalt” yazır ki, məhz Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər  və qurduqları planlardan onun da xəbəri olub. “Qavryuşinin ifadəsi əsasında 2000-ciu ildə öldürülən biznesmen Andrey Lobanovun və digər cinayətlərin üstünü açmaq mümkün olub” deyə, xəbərdə bildirilir.  O da bildirilir ki, Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Qeyd edə ki, bundan əvvəl də  İsmayılovların əleyhinə daha bir yaxın adamları-Rafiq İsmayılovun “sağ əli” hesab olunan Harri Boleçerkovski ifadə vermişdi. 

Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib. Bütün qətllər Moskvanın Şimal Administrativ Dairəsində ticarət obyektləri uğrunda aparılan kriminal müharibə ilə bağlı olub. Beloçerkovski Andrey Lobanovun aradan götürülməsi söhbətinə şəxsən şahidlik etdiyini bildirib.

Image result for AST Telman

Rafiq İsmayılov daha bir şəriki Vladimir Savkinin aradan götürülməsində də suçlanır. Belə ki, onların  şərikli ticarət kompleksinə malik olublar. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dollar verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu V.Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova V.Savkinin qətli sifariş olunub. Hadisə zamanı V.Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb. Qətldən az sonra Rafiq İsmayılov saxlanılıb və Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən yayındıra bilib və buraxdırıb. V.Savkinin oğlu Roman Savkinin davamlı şikayətlərindən sonra məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb.

Rafiq İsmayılov ifadəsində deyib ki, killer Mehman Kərimov onun tanışıdır və hadisə vaxtı “təsadüfən” ona sürücülük edib.

“AST Telman”ın daha bir qardaşı- Vaqif İsmayılov isə  2 nəfərin qətl işi üzrə əsas fiqurantdır. V.İsmayılov Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşıdır. İstintaqın gəldiyi nəticəyə görə killer Mehman Kərimov İsmayılovların sifarişi ilə qətl törədib və Vaqif İsmayılovun evində gizlənib.

Image result for Rafiq İsmayılov

İsmayilov qardaşlarının ağır cinayətlərdə suçlanması, iş üzrə ən yaxın adamlarının onları ələ verməsi hələ ki özünü ustalıqla gizlədə bilən Abbas Abbasovun da başının dərdə olduğu ehtimalını gücləndirir. Çünki İsmayılov qardaşlarının cinayət törətdiyi həmin illərdə AST Şirkətlər Qrupunda vitse-prezident məhz Abbas Abbasov idi. 2006-cı ildə Azərbaycanda baş nazirin birinci müavini postundan uzaqlaşdırılandan sonra ona Telman İsmayılov sahib çıxdı. Moskvaya gedən Abbas Abbasov üçün şirkətdə vitse-prezident postu boşaldıldı. A.Abbasov köhnə dostu ilə şirkətdə fəaliyyətə başladı. AST Şirkətlər Qrupunda  işləməsindən məmnun olan A.Abbasov  Telman İsmayılovun ən qatı müdafiəçilərindən biri kimi tanınırdı. Məsələn, 2010-cu ildə Moskvada xüsusi siqnalla hərəkət edən maşın saxlanılmışdı və məlum olmuşdu ki, qaydaları pozan avtomobil “AST Telman”ın ailəsinə məxsusdur. O zaman  A.Abbasov Rusiya agentilklərində israrla “AST Telman”ın ailəsini müdafiə edir, onların xüsusi fərqləndirmə siqnalının olmadığını deyirdi. A.Abbasovun  təkcə Telman İsmayılovla deyil, onun qardaşları ilə də çox yaxın olduğu kimsəyə sirr deyil. T.İsmayılova qarşı Rusiya hakimiyyətindən təzyiqlər başlayandan sonra da A.Abbasova onun yanında oldu.

A.Abbasovun ciddi dəstəyi ilə “AST Telman” bu dəfə  Türkiyəyə yerləşdi, bu ölkənin vətəndaşlığını aldı və “Mardan Palace” ni tikdi. 

A.Abbasovun  guya “ictimai əsaslarla işlədiyi” AST Şirkətlər Qrupundan nə zaman ayrıldığı barədə dəqiq bilgi yoxdur, amma özünün vikipediya məlumatlarında o hələ də şirkətdə vitse-prezident kimi göstərilir.

“AST Telman”ın və qardaşlarının cinayət işlərinin xronikası A.Abbasovun məhz şirkətdə işlədiyi dövrə təsadüf edir. A.Abbasov bu kimi işlərdən “quru çıxmağı” bacaran adamdır. Amma istənilən halda, Rusiya İstintaq Komitəsi onu da açılmış cinayət işi ilə bağlı mütləq dindirəcək. Başqa bir variant mümkün deyil…

Previous Post

“AST Telman”ı kimin ələ verdiyi bilindi – Abbas Abbasov istintaqa cəlb ediləcək

Next Post

Erməni xüsusi xidmətinin növbəti ideoloji süqutu

Bənzər yazılar

Ukraynanın Aİ yolu: inteqrasiya addımı, yoxsa siyasi hesab?

Ukraynanın Aİ yolu: inteqrasiya addımı, yoxsa siyasi hesab?

03 Avqust 2026 - 15:00

Brüssel Ukraynada məyusluğun və yaxın illərdə "Malorossiya"nın "anti-Avropa istiqamətinə" yönəlməsinin qarşısını almaq məqsədilə bu ölkə ilə üzvlük danışıqlarına başlamağı təklif...

Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

03 Avqust 2026 - 10:58

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki yüksək vəzifəli komandası ilə İran siyasəti ilə bağlı kəskin fikir ayrılıqları yaşadığı iddia edilir....

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13

Müasir dövrdə qlobal və regional münasibətlər sistemində baş verən sürətli dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırmaqdadır. Müxtəlif...

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post

Erməni xüsusi xidmətinin növbəti ideoloji süqutu

Erməni xüsusi xidmətinin növbəti ideoloji süqutu

Son xəbərlər

Buzovnada bir ailənin 3 üzvü dənizdə batıb, bacı xilas olunub, qardaşın meyiti tapılıb, digəri axtarılır – VİDEO

Buzovnada bir ailənin 3 üzvü dənizdə batıb, bacı xilas olunub, qardaşın meyiti tapılıb, digəri axtarılır – VİDEO

03 Avqust 2026 - 15:23
Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda zavodda yanğın-taktiki təlim keçirib

Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda zavodda yanğın-taktiki təlim keçirib

03 Avqust 2026 - 15:19
PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək

PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək

03 Avqust 2026 - 15:12
Ukraynanın Aİ yolu: inteqrasiya addımı, yoxsa siyasi hesab?

Ukraynanın Aİ yolu: inteqrasiya addımı, yoxsa siyasi hesab?

03 Avqust 2026 - 15:00
İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı

İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı

03 Avqust 2026 - 14:58
“Artsax bayrağı” Ermənistan parlamentindən yığışdırıldı

“Artsax bayrağı” Ermənistan parlamentindən yığışdırıldı

03 Avqust 2026 - 14:53
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib

03 Avqust 2026 - 14:44
Qabiliyyət tələb edən ixtisasların keçid BALLARI

Qabiliyyət tələb edən ixtisasların keçid BALLARI

03 Avqust 2026 - 14:30
“Dənizçilik” informasiya sistemi yaradılacaq – FƏRMAN

“Dənizçilik” informasiya sistemi yaradılacaq – FƏRMAN

03 Avqust 2026 - 14:20
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib

03 Avqust 2026 - 14:18
ATƏT-in fəaliyyətdə olan sədri sabah Azərbaycana gələcək

ATƏT-in fəaliyyətdə olan sədri sabah Azərbaycana gələcək

03 Avqust 2026 - 14:13
Merkel Minsk razılaşmalarının əsl məqsədini açıqladı

Merkel Minsk razılaşmalarının əsl məqsədini açıqladı

03 Avqust 2026 - 14:00
Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

03 Avqust 2026 - 13:52
Bir ailənin 3 üzvü dənizdə batdı, 1-i xilas edildi

Bir ailənin 3 üzvü dənizdə batdı, 1-i xilas edildi

03 Avqust 2026 - 13:43
Azərbaycanda 32 nəfəri gün vurub

Azərbaycanda 32 nəfəri gün vurub

03 Avqust 2026 - 13:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.