"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Arif Rəhimzadə aranı yenə qatdı

19 İyun 2017 - 09:15
in XƏBƏR LENTİ
FacebookVatsap

Sabir Rüstəmxanlı: “Türk dilində danışanların, bu dili anlayanların sayı əslində rus dilini bilən, başa düşənlərdən az deyil”; Elçin Mirzəbəyli: “Nəyə görə biz dünyaya 5-ci sırada dayanan dil vasitəsi ilə çıxmalıyıq?

Bunu da oxuyun

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Media və Yayım Şurası yaradılıb

Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadənin son müsahibəsində səsləndirdiyi bəzi fikirlər müzakirələrə səbəb olub. Deputat Azərbaycan xalqının dünyaya çıxışı üçün rus dilini ingilis dilindən daha vacib hesab edir.

İndiyə qədər rus dili ilə Avropa və dünyaya çıxdığımızı deyən A.Rəhimzadə bu dili kənara atıb, ingilis və digər xarici dillərə üstünlük verilməsinin əleyhinə olduğunu bildirib. YAP funksioneri fikirlərini bununla əsaslandırıb ki, Azərbaycan xalqı rus dilini ingilis və digər xarici dillərə nisbətən daha yaxşı bilir. Bundan sonra ingilis dilini öyrənmək üçün uzun zaman tələb olunduğunu vurğulayan Rəhimzadə bu müddət ərzində rus dili ilə çıxışın vacibliyini dolayısı ilə qeyd edib. Deputatın ciddi qalmaqala səbəb olan digər fikirləri də var. O, Azərbaycan xalqının və dövlətinin formalaşmasında Rusiyanın böyük rolunun olduğunu dilə gətirərək, Şərqdə ilk demokratik və müstəqil olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında şimal qonşumuzun böyük təsirinin olduğunu iddia edib. Hətta A.Rəhimzadə üç ay öncə türk olmadığımızla bağlı dediklərindən sonra məhşər ayağına çəkildiyi bu mövzuya yenidən qayıdaraq, bir daha bəyan edib ki, bir zamanlar özümüzü müsəlman, sonra isə türk adlandırırdıq, ancaq biz Azərbaycan xalqıyıq.

Onun söylədikləri birmənalı qarşılanmayıb. Əksəriyyət onun fikirlərinin əleyhinə çıxış edir.

Related image

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, hər bir xalq dünyaya öz dili ilə çıxmağa çalışmalıdır: “Arif Rəhimzadənin fikirlərinə münasibət bildirmək istəmirəm. Çünki ona bir insan olaraq hörmətim var. Öz şəxsi mövqeyi var. Sona qədər də mövqeyində dayanan şəxsdir, yəni mövqeyindən geri çəkilmir. O da bu cür düşünür. Açığı, düşünmürəm ki, Arif Rəhimzadə kiminsə sifarişi ilə bu sözləri deyir. Hər kəsin öz fikirlərini ifadə etmək hüququ var. Amma düşüncəmə görə, dünyaya çıxmaq üçün rus və ingilis dillərindən kömək ummaqdansa, dünyaya öz dilimizlə çıxmağın yollarını düşünməliyik. Dilimizin imkanları genişlənməlidir. Türk dilində danışanların, bu dili anlayanların sayı əslində rus dilini bilən, başa düşənlərdən az deyil. Təbii ki, dünyada hazırda formalaşan əsas ünsiyyət dili ingilisdir. Amma rus dilinin əhatə dairəsi getdikcə daralır. Xalqların oyanma prosesi ariyalı daha da məhdudlaşdıracaq. Amma Rusiyada vətəndaşlarımız yaşayırlar. Kim istəyirsə rus və ingilis dillərini öyrənə bilər. Ancaq bununla yanaşı dilləri qarşı-qarşıya qoymaq, Rusiyanın taleyimizdə daha ciddi rol oynadığını düşünmək, Kremlə daha çox belə bağlanmaq doğru deyil. Bir faktı unudurlar ki, 1918-20-ci illərdə ruslar bolşevik düşüncəsi ilə ölkəmizə gəlmişdilər. XI Qızıl Ordunun gəlişi faciə olmamalı idi, amma oldu. Əgər indi Azərbaycan Rusiyaya meyllənsə, Kreml ölkəmizə yenə də bolşevik düşüncəsi, 1990-cı ilin yanvarındakı düşüncə ilə gələcək. Rus şovinizmi hazırda Rusiyada cövlan edir. Ona görə rus həvəskarlığı, rus sevdası ilə milləti ikinci sıraya atmaq kimi düşüncədən azad olmaq lazımdır. Dünyaya çıxışın hazırda çoxsaylı müxtəlif yolları var. Təkcə internet məsələsini önə çəkmək kifayət edir. Biz Azərbaycan türkləri 50 milyon olaraq, türk dünyasının böyük xalqlarındanıq. İngilis və fransız xalqları da təxminən bu qədərdir. Bu xalqın mədəniyyətini, dilini düşünmək lazımdır. Kənar xalqların qoltuğuna sığınmaq kimi köhnə düşüncələrdən əl çəkmək lazımdır”.

Image result for Politoloq Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli deputatın bu cür fikirlərinin maraq doğurduğunu qeyd etdi: “Komitənin toplantılarında konkret istiqamətlər üzrə danışan Arif Rəhimzadənin birdən-birə türkçülük, azərbaycançılıq, rus dili, Azərbaycan Xalq Cümhuriyyəti və digər bu kimi məsələlərlə bağlı gündəm yaratmağa cəhd etməsi maraq doğurur. Bunun nədən və haradan qaynaqlandığını deyə bilmərəm. Ola bilsin ki, öz dünyagörüşündən, daşıdığı ideologiyanın prinsiplərindən çıxış edir. Rus dilinin dünyaya çıxmaq üçün ingilis dilindən daha sərfəli olduğu isə əsaslandırılmamış yanaşmadır. 2016-cı ilin statistikasına görə, dünya kitabxanalarında 20 milyarddan çox kitab saxlanılır və bu kitabların təxminən 70 faizindən çoxu ingilis dilindədir. Rus dilində olan kitabların sayı hətta ərəb dilində olan kitabların sayından da azdır. Rus dilində olan internet resurslar ingilis dilində olan resurslarla müqayisəyəgəlməz dərəcədə azdır. İngilis dili dünyada 410 milyon insanın ana dili hesab olunur. İngilis dilində danışanların sayı isə 1,3 – 1,4 milyard təşkil edir. Rusların statistikasına görə, rus dili 130 milyon insanın ana dilidir. Rusların statistikasına görə, dünyada 270 milyon insan rus dilində danışmağı bacarır. Yenə də rusların öz statistikasına əsasən, onların dili populyarlığına görə dünyada beşinci yerdə dayanır. Sıralama isə belədir: İngilis, alman, fransız, ispan və nəhayət rus dili… Bu baxımdan, Arif Rəhimzadənin rus dilinin dünyaya çıxmaq üçün daha sərfəli olduğu barədə arqumentinin nəyə əsaslandığını müəyyənləşdirməyə çətinlik çəkirəm. Nəyə görə biz dünyaya 1-ci, 2-ci, 3-cü və 4-cü dillər vasitəsilə deyil, 5-ci sırada dayanan dil vasitəsi ilə çıxmalıyıq? Müasir Rusiya və müasir ruslar Pyotrun Avropadan mənimsədiyi islahatların bəhrəsidir. Ruslar hazırda sahib olduqları hər şeyi Avropadan götürərək özününküləşdiriblər, amma yenə də avropalı ola bilməyiblər. Müasir rus mədəniyyəti müəyyən folklor elementləri və Şərq mədəniyyətinin təsiri istisna olunmaqla Avropa mədəniyyətinin təhrif olunmuş formasıdır. İndi biz nədən Avropa mədəniyyəti və arealı ilə birbaşa deyil, onun təhrif olunmuş forması vasitəsilə ünsiyyətdə olmalıyıq? Arif Rəhimzadə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının da Rusiyada təhsil aldığını, Cümhuriyyətin Rusiyanın sayəsində meydana çıxdığını iddia edir… Cümhuriyyətimizin 100 illiyinə hazırlaşdığımız dövrdə belə fikirləri təhlükəli hesab edirəm. AXC qurucularının bir hissəsinin Rusiyada təhsil alması təbii qəbul olunmalıdır. Çünki Azərbaycan müstəqilliyini əldə edənədək çar Rusiyasının bir parçası idi. Amma diqqət yetirdikdə, heç də o qurucuların böyük əksəriyyətinin Rusiyada təhsil almadığının şahidi olarıq. O ki, qaldı Rusiyanın AXC-nin qurulmasında oynadığı rola, bu barədə düşünmək belə təəccüb doğurur. Hansı imperiya vaxtilə ilhaq etdiyi ərazisinin bir parçasında müstəqil dövlətin qurulmasını istəyər ki? 1920-ci ildə baş verən rus-bolşevik işğalı sübuta yetirdi ki, istəmirmiş”.

E.Mirzəbəyli A.Rəhimzadənin dediklərinin mənsub olduğu partiyaya zidd olduğunu düşünür: “Arif Rəhimzadənin kiminsə mesajını çatdırdığı barədə heç nə dəyə bilmərəm. Amma onun səsləndirdiyi fikirlərin bütövlükdə mənsub olduğu partiyanın ideoloji prinsiplərinə, istiqlalçılığa, milli məfkurəmizə zidd olduğunu deyə bilərəm. Qısa bir zaman kəsiyindən sonra gənclərimizin bu ölkədə SSRİ-dən qalma bütün maneləri yenəcəklərinə şübhə etmirəm. Rusiya Azərbaycandan çıxıb gedib, amma nədənsə bəzi adamlar Rusiyadan çıxmaq istəmirlər. Belə anlaşılmasın ki, mən Rusiyaya qarşı aqressiv köklənmişəm, ruslara neqativ münasibət bəsləyirəm. Əsla yox. Amma heç bir xalqın, millətin bizdən üstün olduğunu da düşünmürəm. Bütün rus ədəbiyyatını üst-üstə yığsan Nizaminin kölgəsində itib batar. Bir az da özümüzü sevsək, daha yaxşı olar. Heç bir xalq bizdən üstün deyil”.

Previous Post

Arif Rəhimzadə aranı yenə qatdı

Next Post

Avroparlamentin qətnaməsi Azərbaycan-AB danışıqlarını ləngidə bilər – əndişə

Bənzər yazılar

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:48

Media və Yayım Şurası yaradılıb. Elchi.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının...

Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu...

Next Post

Avroparlamentin qətnaməsi Azərbaycan-AB danışıqlarını ləngidə bilər - əndişə

Avroparlamentin qətnaməsi Azərbaycan-AB danışıqlarını ləngidə bilər - əndişə

Son xəbərlər

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Kamran Əliyev Laçın və Qubadlıda olub

Kamran Əliyev Laçın və Qubadlıda olub

07 Avqust 2026 - 16:47
Tramp: “Mən sonuncu respublikaçı prezident ola bilərəm”

Tramp: “Mən sonuncu respublikaçı prezident ola bilərəm”

07 Avqust 2026 - 16:34
İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 16:26
DİM bu imtahanın nəticələrini elan etdi

DİM bu imtahanın nəticələrini elan etdi

07 Avqust 2026 - 16:17
Dövlət Maliyyə Nəzarəti Xidməti 92 milyon manata yaxın vəsaiti büdcəyə bərpa edib

Dövlət Maliyyə Nəzarəti Xidməti 92 milyon manata yaxın vəsaiti büdcəyə bərpa edib

07 Avqust 2026 - 16:09
“Arzum 999”un məhkəməsində yeni qərar

“Arzum 999”un məhkəməsində yeni qərar

07 Avqust 2026 - 15:52
Kimlər adını dəyişə bilməz? – Rəsmi

Kimlər adını dəyişə bilməz? – Rəsmi

07 Avqust 2026 - 15:43
Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.