Antalyanın Aralıq dənizində, Kaş rayonu sahillərində 4,2 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Episentri Kaşın təqribən 267,87 kilometrliyində olan zəlzələnin 15 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.
Nuranə Məmmədova